Sarkisyana qarşı petisiyanı imzalayanların sayı 100.000-i ötdü
İnformator-un məlumatına görə, petisiyada deyilir:
Ermənistanın hazırki prezidenti Serj Sarkisyan 1992-ci ilin 25-26 fevralında erməni mütəşəkkil dəstələrinə əmr verərək Xocalı soyqırımını törətdi. Bu vəhşilik dünya ictimaiyyəti tərəfindən unudulub və ya cəzasız qalıb. Bu faciədə yüzlərlə azərbaycanlı öldürülüb və ya ələ keçirilib. Hətta onun: “Mən Azərbaycana dərs vermək istedim” sözü unudulmayıb!
Qeyd edək ki, Xocalı soyqırımını dünyanın bir çox ölkələri tərəfinden tanınıb. Hər il bu ölkələrdə müxtəlif anım mərasimləri keçirilir. Sarkisiyan hərbi cinayətlər ilə yanaşı, Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu işğal edib. Beynəlxalq ictimaiyyət bu hadisəni pisləyən bəyanatlar yayıb.
1993-cü ildə BMT təhlükəsizlik şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Lakin bu qətnamələr sadece kağız üzərində qalıb, heç bir əməl olunmayıb.
Biz inanılrıq ki, bu cani etdiyi əməllərə görə məhkəmə qarşısında cavab verəcək və ən ağır cəzanı alacaqdır!
Mənbə: informator.az
