00:00:00
Yazar
Admin User
03.02.2026 16:47 38 2 dəq oxuma
Siyasət

Sarkisyandan Zəngəzur açıqlaması

Sarkisyandan Zəngəzur açıqlaması

ABŞ vitse-prezidenti Ceyms Devid Vensin fevral ayında Azərbaycan və Ermənistana səfəri yaxınlaşır. Ekspertlər bu səfəri ABŞ-nin Cənubi Qafqazdakı geosiyasi maraqlarının möhkəmləndirilməsi baxımından önəmli hesab edirlər. Və regionda ABŞ-nin strateji mövqeyini gücləndirə biləcək addım kimi qiymətləndirirlər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Fuad Abbasov bildirib ki, əlbəttə, Sarkisyan hiyləgər siyasətçi kimi Koçaryanla əl-ələ verərək yenidən hakimiyyətə qayıtmaq üçün Tramp-Trip marşrutunun Ermənistandan keçməsindən öz siyasi mənfəətləri naminə istifadə etməyə hazırdır:

 

“Gəlin yaddan çıxarmayaq ki, məhz Sarkisyanın dönəmində Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfirliyinin miqyası genişləndirilmiş, orada çox sayda diplomatın işləməsinə, vəzifəyə gətirilməsinə və fəaliyyət aparmasına icazə verilmişdir. Həmçinin Amerika və Avropaya bağlı bir çox fondların, qeyri-hökumət təşkilatlarının Ermənistanda fəaliyyət göstərməsinə məhz Sarkisyan dönəmində icazə verilmişdi. Sarkisyan bütün bunları nəzərə alaraq ABŞ vitse-prezidenti Ceyms Devid Vensin həm Ermənistana, həm də Azərbaycana səfərindən özü üçün səmərəli istifadə etməyə çalışır. Əlbəttə ki, bunu Rusiyaya bağlılıqla deyil, demokratik dəyərlərə, liberal baxışlara və ABŞ-nin xoşuna gələ biləcək digər məqamlarla əlaqələndirmək istəyir. Ümumiyyətlə, Trip marşrutu, yəni bizim başa düşəcəyimiz dildə desək, Zəngəzur dəhlizi ABŞ-nin Qafqaz bölgəsindəki strateji mövqeyini möhkəmləndirmək üçün atılmış ən güclü addımdır və bu addımın təsiri 100 il davam edəcək.

Bu, şübhəsiz ki, Ermənistan-ABŞ münasibətlərinə müsbət təsir göstərəcək. Ermənistan bölgədə deyil, dünyada ABŞ-nin ən böyük səfirliklərindən birinə malik olan dövlətlərdən biridir. Yanılmıramsa, birinci yerdə İraq, ikinci yerdə isə Ermənistan gəlir. Bu fakt onu göstərir ki, Amerikanın Ermənistana olan strateji marağı Trip marşrutu ilə başlamayıb və Trip marşrutu ilə də bitməyəcək. ABŞ Ermənistan vasitəsilə Qafqazda möhkəmlənmək istəyir. Hətta xatırlatmaq istəyirəm ki, ABŞ-nin xarici kəşfiyyat orqanı olan CİA-nın 1985-ci il hesabatında Amerikada yaşayan ermənilərlə Sovet İttifaqında yaşayan ermənilər arasındakı əlaqələrdən istifadə edərək Sovet İttifaqını zəiflətmək və parçalamaq istiqamətində planların olduğu da qeyd olunmuşdu. Bu, gizli sənəd idi və mən bunu jurnalist fəaliyyətim dövründə mətbuat vasitəsilə öyrənmişdim. Bütün bunlar bir daha onu təsdiqləyir ki, Amerikada yaşayan ermənilərlə Ermənistanda yaşayan ermənilərin bir-biri ilə sıx əlaqədə olmasını ABŞ hakimiyyəti yalnız Tramp dövründə deyil, Bill Klinton, Corc Buş dövrlərindən etibarən strateji plan kimi həyata keçirib. Məqsəd Qafqazdan Rusiyanı çıxarmaq, ABŞ-ni bölgəyə yerləşdirmək və nəticədə oradan keçən yollar və marşrutlara nəzarət etməkdir. Bu, dediyim kimi, təxminən 100 illik strateji planın tərkib hissəsidir".

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər