00:00:00
Yazar
Aysel Mirzəyeva
17.04.2026 22:29 18 2 dəq oxuma
Siyasət

“Əsas nüvə başlığına sahib birinci ölkə Rusiyadır” - ŞƏRH

“Əsas nüvə başlığına sahib birinci ölkə Rusiyadır” - ŞƏRH

"Pakistan İsrailin İrana qarşı nüvə silahından istifadə edəcəyi təqdirdə qarşı tərəfə eyni cavabı verməyə hazır idi”.

 

Mövzu ilə bağlı AĞ Partiya başqanının müavini, beynəlxalq əlaqələr üzrə siyasi şərhçi Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, bu fikirlərdə hardasa həqiqət axtarmaq mümkündür:


"Təbii ki, indi nüvə silahından hazırda hər hansı bir tərəfin istifadə edəcəyi real görünmür. Yaxın perspektivdə də bu real görünmür, çünki nüvə silahından istifadə etmək elə də asan deyil, yəni çox ciddi bir məsələdir. Bir tərəf istifadə edərsə, istər-istəməz ona yaxın müttəfiqlər var. Ümumiyyətlə hazırda dünyada 10 nüvə silahına sahib ölkə var. Təbii ki, bunların içərisində qeyri-rəsmi sahib olanlar da var. Məsələn, elə İsrailin adı burada daha çox keçir. Yəni hər bir 10 ölkəyə yaxın da nüvə silahına sahib ölkələr var. Ona görə də, hər hansı birinə qarşı bundan istifadə edilərsə, nüvə silahına sahib digər bir ölkə tərəfindən bu silaha əl ata bilər. İranın hazırda sadəcə iddialar var ki, nüvə proqramı fonunda nüvə silahı əldə edib, amma rəsmi təsdiqini tapmayıb. Bunun fonunda İrana üç ən yaxın nüvə silahına sahib ölkə varsa, bunlar Rusiya, Pakistan və Hindistandır. Doğrudur, Pakistan və Hindistan arasında münasibətlər məlumdur, çox gərgindir, amma eyni zamanda bu iki ölkənin İranla münasibətləri yaxındır. Ona görə də, hesab edirəm ki, bu müşavirin dediklərində müəyyən qədər həqiqətlər var ki, İran vurula bilər. Ola bilər daxili, pərdəarxası müzakirələrdə Pakistan söz versin ki, belə bir addım atılarsa, biz sizə dəstək verəcəyik. Sözsüz ki, Hindistan birmənalı şəkildə bu fikirləri rədd edəcək. Çünki buna məcburdur, amma hesab edirəm ki, İsrail birmənalı şəkildə bu fikirləri qəbul etməyəcək, bunu dezinformasiya adlandıracaq. Onsuz da buna məcburdur. Hazırda atəşkəs günlərini yaşayırıq. Bunun fonunda İsrail məsələni körükləmək üçün istifadə etmək niyyətində olduğunu bildirə bilməz”.

 

Həmçinin şərhçi qeyd edib ki, regionda nüvə balansı təbii ki, birmənalı şəkildə dəyişə bilər:

 

“Bu dünyada ümumiyyətlə əsas nüvə başlığına sahib birinci ölkə Rusiyadır ki, Rusiya bu regionun əsas gücü sayılır. Rusiya-İran münasibətləri də deməyə gərək yoxdur ki, nə qədər yaxındır. Bütün bunların fonunda təbii ki, nüvə balansı regionda dəyişər. Onsuz da dəyişib. Digər bir nüvə ölkəsi daxil olsa belə bu regiona, nüvə balansı məsələsində Rusiyanın qarşısında dayana bilməz. Elə Amerikanın özü olsun, nüvə məsələsində Rusiyadan geri qalır. Bu bir reallıqdır, statistikalarda bunu göstərir. Beynəlxalq qurumların, açığı, belə məsələlərlə bağlı, eləcə də digər məsələlərlə bağlı mövqelərini qənaətbəxş saymaq olmaz”.


Aytac İbrahimova

#nüvə #yeni #şərh #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər