00:00:00
Yazar
Admin User
06.02.2026 14:01 53 2 dəq oxuma
Siyasət

“Şatdaun ABŞ-də iqtisadi və siyasi təsirlər yaradır”

“Şatdaun ABŞ-də iqtisadi və siyasi təsirlər yaradır”

ABŞ prezidenti Donald Tramp Konqresin qəbul etdiyi qanunvericilik aktını imzalayaraq federal hökumətin qismən bağlanmasına, şatdauna son qoyub və hökumətin maliyyələşdirilməsini bərpa edib.

 

Mövzu ilə bağlı politoloq Turab Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, burada əsas məsələ Konqresin razılığının təmin olunmasıdır:

 

“Burada əsas məsələ Konqresin hər iki partiyasının razılığıdır. Heç bir halda demokratlar Trampın təzyiqinə və qərarların qəbuluna müdaxilə edə bilmir, amma eyni zamanda, ümumi cəmiyyətdə Trampın xərclərinin razılığı üçün şəttaun halları istismar olunur. Burada son nəticədə, hər iki partiyanın müəyyən mövqeyi ortaya çıxır ABŞ-nin miqrasiya xidmətinin büdcəsi üzərində siyasi oyunlar oynanılır. Eyni zamanda, Trampın tərəfdarları da bu xidmətin daha geniş istifadə olunmasını təmin etmək istəyir. Bu, siyasi manevr və partiya maraqlarının tipik nümunəsidir. Şatdaun nəticəsində, dövlət işçiləri maaş ala bilmir, iqtisadi fəaliyyətlər dayandırılır və büdcə balansı pozulur. Bu, Tramp administrasiyasında iqtisadi və siyasi vasitə kimi istifadə olunur. Həmçinin, demokratlar hakimiyyətdə olarkən respublikaçılar eyni taktikaya əl atırdılar, Bayden dövründə də bu hal müşahidə olunub. Şatdaun ABŞ  demokratiyasında xas olan yan effekt sayılır və partiyaların birgə razılığı olmadıqca, bu hallar təkrarlana bilər. Şatdaun halları təkcə iqtisadi zərər yaratmır, həm də siyasi təsirlər doğurur. Əgər qanunvericilik aktının qəbulu gecikir və ya partiyalar arasında fikir ayrılığı yaranırsa, federal hökumətin fəaliyyəti dayandırılır. Bu, hər iki partiyanın həm daxili siyasətində, həm də ölkə iqtisadiyyatında ciddi təsir yaradır. Beləliklə,  şatdaun həm Konqresin fəaliyyətini, həm də federal strukturların normal işləməsini çətinləşdirir. Bundan əlavə, şatdaun ABŞ demokratiyasında partiyaların razılığı üçün təzyiq mexanizmi kimi də çıxış edir”.

 

Turab Rzayevin sözlərinə görə, Trampın imzaladığı qanun, qismən də olsa, hökumətin fəaliyyətini bərpa etsə də, gələcəkdə belə halların tam aradan qalxması mümkün görünmür:

 

“Bundan sonra da şatdaun halları olacaq. Hər iki partiyanın dəstəyi olmasa, federal hökumətin fəaliyyətində fasilələr baş verəcək. Bu, ABŞ demokratiyasında təkrar olunan bir effekt olaraq qalacaq. Hər iki partiyanın razılığı vacibdir, əks halda bu halların qarşısını almaq çətin olacaq”. 

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər