00:00:00
Yazar
Səadət Əlizadə
05.10.2026 14:19 88 1 dəq oxuma
Siyasət

"Saudi Aramco": Neft ehtiyatlarının doldurulması iki il çəkə bilər

 

"Saudi Aramco": Neft ehtiyatlarının doldurulması iki il çəkə bilər

Qlobal neft ehtiyatlarının yenidən doldurulması iki il çəkə bilər.

 

"İnformator.az"ın xəbərinə görə, bunu “Saudi Aramco” şirkətinin CEO-su Amin Nasser deyib.

 

Onun sözlərinə görə, Hörmüz boğazı tam açılmayana və etimad bərpa edilməyənə qədər neft üzərində təzyiq intensivləşəcək.

 

“Hətta tələbatı ödəməklə birlikdə rezervləri yenidən doldurmaq üçün iki il vaxt lazım ola bilər”, - o bildirib.


Qeyd edək ki, Fars körfəzində ABŞ-İran münaqişəsi, ardınca Hörmüz boğazının bağlanması qlobal neft bazarında problemlərə gətirib çıxarıb. Bir sıra ölkələr strateji neft ehtiyatlarını istifadəyə buraxmağa məcbur olub.

#çəkə #azərbaycan #ehtiyatlarının #"saudi #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər