00:00:00
Yazar
Güllər Gülhüseynova
01.04.2026 21:14 29 2 dəq oxuma
Siyasət

SEPAH ABŞ şirkətlərinə zərbələr endirəcək?

SEPAH ABŞ şirkətlərinə zərbələr endirəcək?

SEPAH "Microsoft", "Apple", "Google", "Nvidia" kimi şirkətlərin Yaxın Şərqdəki mərkəzlərini hədəf alacağını açıqlayıb.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Qərbin nəhəng şirkətlərinə qarşı təzyiqlər ciddi nəticələrə yol aça bilər:

 

“Bu şirkətlər Qərbin əsas maliyyə mərkəzləridir. Yəni əsas texnoloji avadanlıqlarla təchiz olunan şirkətlərdir və böyük nüfuzları var. Onların hədəf götürülməsi, əlbəttə ki, dünya üzərindəki ticarətinə də mənfi təsir göstərəcək bir amildir. Eyni zamanda nəzərə alaq ki, bu şirkətlərin gücündən əməliyyatlarda istifadə olunur. İranın burada iki məqsədi var. Birinci növbədə, həmin şirkətləri qorxutmaqdır ki, onlar ölkə daxilindəki əməliyyatlarda Qərbə yardım etməsinlər. İkinci bir məsələ isə budur ki, bu şirkətlərin səhmləri aşağı düşsün və onlar dünya bazarında reytinq itirsinlər. Buradakı əsas məsələ budur. Bu cür texnoloji şirkətlərə hücumların həyata keçirilməsinə ABŞ və İsrail İranın nüvə obyektlərinə zərbələrlə cavab verə bilər. Böyük ehtimalla, bu zərbələr yaxın gələcəkdə daha da intensivləşəcək. Artıq Amerika tərəfindən məhz bu məsələlərlə bağlı planların hazırlandığı barəsində xəbərlər var. İddia olunur ki, ola bilsin, ABŞ məhz İranın nüvə obyektlərini ələ keçirmək və paralel şəkildə zənginləşmiş uranın İranın əlindən alınması üçün xüsusi əməliyyat planı tərtib etsin. Qərbin texnoloji şirkətlərinə edilən hücum bu planın reallaşması məsələsini daha da aktivləşdirə bilər. Buna görə də düşünürəm ki, bu məsələlər gələcəkdə müəyyən ölçüdə həyata keçirilə bilər. Bu isə regionda onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirəcək. İrandakı müharibənin miqyasının genişlənməsinə və alovlanmasına xidmət edəcək bir məsələdir”.

 

Lalə Qurbanlı

#SEPAH #Microsoft #Apple #Qərb #ABŞ #İran
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər