Şəhid Elçin Mansurovun əziz xatirəsinə
Elçin Mansurov 25 noyabr 1984-cü ildə Bakı şəhərində anadan olub. Uşaqlıqdan vətənə bağlı, cəsarətli və məsuliyyətli bir insan kimi formalaşıb. Azərbaycan Ordusunda xidmət etdiyi müddətdə Elçin hər zaman intizamı, dəqiqliyi və vətənə sədaqəti ilə seçilib. 2020-ci ildə başlayan Vətən Müharibəsi zamanı o, bir an belə tərəddüd etmədən ön xəttə yollanıb.
Elçin Mansurov Füzuli istiqamətində gedən döyüşlərdə xüsusilə fərqlənib. “Burğa dərəsi” adlanan ərazidə düşmənin ikinci müdafiə xəttinin yarılması zamanı o, snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub. Elçinin nəşi uzun müddət tapılmayıb. Yalnız birinci atəşkəs günü - 10 oktyabr 2020-ci ildə Kənd Horadiz yaşayış məntəqəsi yaxınlığında aşkarlanıb, ertəsi gün isə II Şəhidlər Xiyabanında dəfn edilib.
Elçin Mansurovun göstərdiyi qəhrəmanlığı Azərbaycan dövləti yüksək qiymətləndirilib. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında xüsusi xidmətlərinə, işğal altındakı torpaqların azad edilməsində göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ona ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.
Bundan başqa, Elçin Mansurov bir neçə medal ilə də təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən o, “Vətən uğrunda” medalı ilə təltif olunub. Eyni zamanda, Xocavənd rayonunun azad olunması uğrunda döyüşlərdə fərqləndiyinə görə 25 dekabr 2020-ci il tarixli Sərəncam ilə ona “Xocavəndin azad olunmasına görə” medalı verilib. Həmin tarixdə imzalanan digər Sərəncam ilə Elçin Mansurov “Füzulinin azad olunmasına görə” medalı ilə də təltif olunub. Daha sonra, 24 iyun 2021-ci il tarixli Sərəncama əsasən o, döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi xüsusi mərdliyə görə “İgidliyə görə” medalı ilə mükafatlandırılıb.
Elçin Mansurov Azərbaycan xalqının qürur duyduğu qəhrəmanlardan biridir. O, vətən sevgisinin, cəsarətin və fədakarlığın simvoluna çevrilib. Onun xatirəsi daim əziz tutulacaq, adı isə tariximizdə əbədi yaşayacaq.
Səadət Əlizadə
