00:00:00
Yazar
Admin User
30.10.2025 19:04 147 2 dəq oxuma
Sosial

Şəhid Elnur Mustafayev-18 yaşında ölümsüzlüyə gedən yol

Şəhid Elnur Mustafayev-18 yaşında ölümsüzlüyə gedən yol

Azərbaycanın qəhrəman oğullarından biri-Elnur Nəcəf oğlu Mustafayev bu gün adını vətən tariximizə qızıl hərflərlə yazdıran şəhidlərimizdən biridir. Gənc yaşında, cəmi 18 yaşında Vətən uğrunda canını fəda edən bu igid oğul, gəncliklə qəhrəmanlığın birləşdiyi simalardan olub.

 

Elnur 2002-ci il fevralın 11-də Bakı şəhərində anadan olan, əsli Kəlbəcər rayonundandır. O, 135 nömrəli tam orta məktəbdə təhsil alıb və uşaqlıqdan hərbiyə, Vətənə xidmətə böyük maraq göstərib. 2019-cu ildə məktəbi bitirdikdən sonra 2020-ci ilin 7 mayında hərbi xidmətə yollanıb.

 

Elə həmin ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsi Elnurun həyatının və qəhrəmanlığının başlanğıcı olub. O, Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edib, ön xətdə böyük şücaət göstərib. Döyüş yoldaşları Elnurun mərd, qorxmaz və daim irəlidə gedən əsgər olduğunu söyləyiblər.

 

Elnur Mustafayev 30 oktyabr 2020-ci ildə Qırmızı Bazar istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. O, Vətən torpağının azadlığı, millətinin qüruru üçün canını fəda edən ən gənc şəhidlərdən biri kimi yaddaşlarda qalacaq.

 

Göstərdiyi igidliyə görə Elnur ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. Onun adı bu gün məktəblərdə, küçələrdə, ürəklərdə ehtiramla çəkilir.

 

Elnur Mustafayevin həyatı-gəncliyin, cəsarətin və vətənpərvərliyin tərənnümüdür. O, sübut etdi ki, qəhrəman olmaq üçün yaş deyil, ürək lazımdır.

 

Ruhun şad olsun, Elnur! Sən torpağa yox, tarixə yazıldın. Adın və igidliyin Azərbaycan gənclərinin qəlbində əbədi yaşayacaq.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər