00:00:00
Yazar
Admin User
30.10.2025 19:02 133 1 dəq oxuma
Sosial

Şəhid Eşqin Tağıyev-Uşaqlıq arzusu ilə şəhidliyə ucalan qəhrəman

Şəhid Eşqin Tağıyev-Uşaqlıq arzusu ilə şəhidliyə ucalan qəhrəman

Bu gün, vətən torpaqlarının azadlığı uğrunda canından keçən Eşqin Asif oğlu Tağıyevin xatirəsini hörmətlə anırıq. O, Vətən müharibəsinin gənc, amma rəşadətli igidlərindən biri idi.

 

Eşqin Tağıyev 1998-ci il martın 18-də Göygöl rayonunun Üçtəpə kəndində anadan olub. Uşaqlıqdan hərbiyə maraq göstərib, “böyüyəndə əsgər olacağam” deyərək böyüyüb. Təhsilini Kəlbəcər rayonunun 115 saylı tam orta məktəbində alıb və yeniyetməlik illərindən vətən sevgisini həyatının mənasına çevirib.

 

Hərbi xidmətini başa vurduqdan sonra o, yenidən ordu sıralarına dönərək Vətən müharibəsində iştirak edib. Eşqin Füzuli, Cəbrayıl, Kəlbəcər və Xocavənd istiqamətlərində döyüşlərdə mərdliklə vuruşub. O, döyüş yoldaşlarının dediyinə görə, daim ön cəbhədə olub, qorxu bilmədən irəliləyib.

 

2020-ci il oktyabrın 30-da gedən ağır döyüşlərdə Eşqin qəhrəmancasına şəhid olub. Onun son dəfə ailəsinə dediyi “Şuşaya gedirik, sonra zəng edərəm” sözləri bir igidin sarsılmaz ruhunun ifadəsi olub.

 

Dövlət tərəfindən göstərdiyi şücaətə görə o, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

 

Eşqin Tağıyev gənc yaşında vətən sevgisinin, mərdliyin və fədakarlığın simvoluna çevrilib. Onun həyatı bizə göstərir ki, qəhrəmanlıq yaşla ölçülmür-bu, ürəkdəki Vətən eşqindən doğur.

 

Ruhun şad olsun, Eşqin! Sən torpağa deyil, tarixə yazıldın. Adın və igidliyin Azərbaycan gənclərinin qəlbində daim yaşayacaq.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər