00:00:00
Yazar
Admin User
04.11.2025 18:50 132 1 dəq oxuma
Sosial

Şəhid İsmət Qurbanovun xatirəsinə

Şəhid İsmət Qurbanovun xatirəsinə

Azərbaycanın azadlığı və suverenliyi uğrunda canını qurban verən qəhrəman oğullarımızdan biri də Şəhid İsmət Qurbanovdur. Onun həyatı və şəhadəti bu torpağa, bu bayrağa sonsuz məhəbbətin, mərdliyin və əsl vətənpərvərliyin simvoluna çevrilib.

 

İsmət Qurbanov gənc yaşlarından Vətənə sədaqəti, dürüstlüyü və fədakarlığı ilə tanınıb. Hər zaman vətən sevgisini sözlə deyil, əməli ilə sübut edib. O, hərbi xidmətini ən yüksək məsuliyyətlə yerinə yetirən, döyüş meydanında isə qorxu bilmədən irəliləyən igidlərdən biri olub.

 

Müharibə başladığı ilk günlərdən ön cəbhədə idi. Hər addımı, hər döyüşü Vətənin azadlığı uğrunda atılan bir addım idi. O, öz canı bahasına torpaqlarımızın azadlığına töhfə verib və şəhadət zirvəsinə yüksəlib.

 

İsmət Qurbanovun qəhrəmanlığı bu gün gənc nəsil üçün örnəkdir. O, xalqımızın yaddaşında qorxmaz əsgər, səssiz, amma əzmkar döyüşçü kimi yaşayır. Onun adı Azərbaycanın şanlı tarixində əbədi olaraq yazılıb.

 

Bu gün onu ehtiramla anırıq, ruhu qarşısında baş əyirik. Şəhidlər ölməz, Vətən bölünməz! 

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər