Şəhid Kənan Səlimzadənin xatirəsinə
Azərbaycanın azadlığı, suverenliyi və torpaq bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızdan biri də Şəhid Kənan Səlimzadədir. O, gənc yaşına baxmayaraq, Vətən qarşısında borcunu ən yüksək zirvədə-şəhidliklə yerinə yetirib.
Kənan Səlimzadə cəsarəti, vətənpərvərliyi və döyüş meydanındakı fədakarlığı ilə silahdaşlarının yaddaşında unudulmaz iz qoyub. O, ön cəbhədə təkcə döyüşçü deyil, həm də ruh yüksəkliyi, qardaşlıq və sədaqət rəmzi idi. Onun timsalında Azərbaycan gəncliyinin Vətənə olan sədaqəti, qorxmazlığı və mərdliyi öz parlaq ifadəsini tapır.
Şəhid Kənan Səlimzadənin həyatı qısa, amma mənalı olub. O, öz ömrünü xalqının azadlığına, torpağının müdafiəsinə həsr edib. Onun adını daşıyan hər bir küçə, hər bir məktəb, hər bir xatirə lövhəsi bu millətin yaddaşında bir qəhrəmanlıq salnaməsidir.
Bu gün onun ruhu qarşısında baş əyir, ailəsinə və bütün şəhid valideynlərinə dərin hörmətimizi bildiririk. Kənan Səlimzadə kimi oğullar bu torpağın əbədiyyət dayaqlarıdır.
Şəhidlər ölməz, Vətən bölünməz.
Banuçiçək Məmmədova
