00:00:00
Yazar
Admin User
03.09.2015 14:52 1010 1 dəq oxuma
Sosial

Səhiyyə nazirindən yeni baş həkim təyinatı

Bəzi tibb müəssisələri rəhbərlərinin işi mənfi qiymətləndirilib
Səhiyyə nazirindən yeni baş həkim təyinatı
Səhiyyə Nazirliyində keçirilən iclasda bəzi tibb müəssisələrinin baş həkimlərinin işi mənfi qiymətləndirilib. Dünən baş tutan iclasda nazir bəzi xəstəxanaların baş həkimlərinin dəyişdirilməsinə qərar verib. 
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın açıqlamasında Kliniki Tibbi Mərkəzin və Bakı Sağlamlıq Mərkəzinin baş həkimlərinin tutduqları vəzifədən azad edildiyini təsdiqləyib.
 
Nazirlik rəsmisi qeyd edib ki, Kliniki Tibbi Mərkəzin baş həkimi Sultan Əliyev 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının, Bakı Sağlamlıq Mərkəzinin baş həkimi Tərlan Bəbirov 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi təyin olunub.
 
Şirvan Şəhər Diaqnostika Mərkəzinin baş həkimi Hikmət Həsənov Bakı Sağlamlıq Mərkəzinə, Kliniki Tibbi Mərkəzin qəbul şöbəsinin müdiri Sabiq Hüseynzadə isə Kliniki Tibbi  Mərkəzin baş həkimi vəzifəsinə təyinat alıb.
#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər