00:00:00
Yazar
Admin User
05.02.2026 16:27 38 2 dəq oxuma
Sosial

"Səhiyyə Nazirliyi 8 mindən çox insana tibbi xidmət göstərib"

"Səhiyyə Nazirliyi 8 mindən çox insana tibbi xidmət göstərib"

Səhiyyə Nazirliyinin həssas əhali qrupları üçün təşkil etdiyi səyyar xidmətlər çərçivəsində 8 mindən çox vətəndaş müayinədən keçirilib. Müayinələr, əsasən, ağız və diş sağlamlığını əhatə edib, maarifləndirmə aparılıb. 300 nəfər əlavə müalicə üçün klinikaya göndərilib.

 

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən saytımıza bildirilib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən profilaktik tibbi müayinələr çərçivəsində, ATU-nun Tədris Stomatoloji Klinikasının səyyar stomatoloji xidməti fəaliyyət göstərir:


“Nazirliyin koordinasiyası ilə həyata keçirilən səyyar xidmətlər 1, 2 və 3 saylı uşaq evlərində, ahıl şəxslər üçün Sosial Xidmət Müəssisəsində, Binəqədi rayonu Xocasən bələdiyyəsində, əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində, həssas əhali qrupları üçün sığınacaq və reabilitasiya mərkəzlərində təşkil edilib. Bu tədbirlər zamanı əhalinin ağız və diş sağlamlığı üzrə ilkin müayinələr aparılıb, profilaktik tövsiyələr verilərək sağlam həyat tərzinin təşviqi məqsədilə maarifləndirmə işləri həyata keçirilib. Səyyar xidmətlər nəticəsində 8 mindən çox vətəndaş müayinədən keçib, onlardan 300 nəfəri əlavə müalicə üçün klinikaya yönləndirilib. Layihənin icrasında ATU Tədris Stomatoloji Klinikasının rezidentləri və həkim heyəti fəal iştirak edərək əhali üçün stomatoloji xidmətlərin əlçatanlığını artırıb".

 

"Eyni zamanda, bu proses gənc mütəxəssislərin praktik bilik və bacarıqlarının inkişafına da mühüm töhfə verib. Səyyar stomatoloji xidmətlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sağlamlığın qorunması və profilaktikanın gücləndirilməsinə yönəlmiş dövlət siyasətinin tərkib hissəsi olaraq həyata keçirilir. Tədbirlər ATU və aidiyyəti qurumların iştirakı ilə davam etdirilir və gələcəkdə ölkənin bütün bölgələrini əhatə etməsi nəzərdə tutulur”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər