00:00:00
Yazar
Admin User
25.12.2025 18:12 85 2 dəq oxuma
Sosial

Səhiyyə Nazirliyi əhalini mövsümi qripə qarşı peyvənd olunmağa çağırır

Səhiyyə Nazirliyi əhalini mövsümi qripə qarşı peyvənd olunmağa çağırır

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi payız-qış mövsümündə kəskin respirator virus infeksiyalarının, o cümlədən mövsümi qripin yayılma riskinin artdığını nəzərə alaraq əhalini vaxtında peyvənd olunmağa çağırıb.

 

Mövzu ilə bağlı “İnformator.az”a danışan sakin Arzu Vəliyeva bildirib ki, hər il qripə qarşı peyvənd olunur:

 

“Mən hər il qripə qarşı peyvənd oluram. Bunun əsas səbəbi xəstəliyi ağır keçirməmək və iş rejimimə mənfi təsirin qarşısını almaqdır. Xüsusilə payız-qış aylarında insanların daha çox qapalı məkanlarda olması yoluxma riskini artırır”.

 

Cansu Elizadə isə bildirib ki, qripə qarşı peyvəndə ehtiyatlı, lakin müsbət yanaşır:

 

“Hər il peyvənd olunmağa çalışıram, amma bəzən vaxt məhdudiyyəti buna mane olur. Bununla belə, düşünürəm ki, xüsusilə mövsümi qripin geniş yayıldığı dövrlərdə peyvənd olunmaq faydalıdır. Mən daha çox düzgün qidalanmaya, vitamin qəbuluna və immunitetin gücləndirilməsinə diqqət edirəm”.

 

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin Mətbuat Katibi Elvin Hacıyev “İnformator.az”a açıqlamasında qeyd edib ki, peyvəndlənmə həm fərdi, həm də ictimai sağlamlıq baxımından mühüm əhəmiyyət daşıyır:

 

“Qripə qarşı peyvəndlənmə xəstəliyin ağır keçmə ehtimalını azaldır, eyni zamanda virusun geniş yayılmasının qarşısını alır. Əhalinin böyük hissəsinin peyvənd olunması epidemioloji vəziyyətin nəzarətdə saxlanılmasına imkan yaradır. Peyvənd olunmamaq yoluxma hallarının artmasına, səhiyyə müəssisələrinə müraciətlərin çoxalmasına və mövsümi dövrdə səhiyyə sisteminə əlavə yükün yaranmasına səbəb ola bilər. Mövsümi qrip bəzən yüngül qəbul edilsə də, ağırlaşmalar və uzunmüddətli fəsadlar yarada bilər. Bu baxımdan peyvəndlənmə yalnız şəxsi sağlamlığın qorunması deyil, eyni zamanda ictimai məsuliyyət məsələsidir”.

 

Səhiyyə Nazirliyi əhaliyə tövsiyə edir ki, mövsüm başlamazdan əvvəl tibb müəssisələrinə müraciət edərək qripə qarşı peyvənd olunsun və digər profilaktik tədbirlərə əməl edilsin.


Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər