00:00:00
Yazar
Admin User
06.01.2026 13:26 85 2 dəq oxuma
Sosial

Səhiyyə Nazirliyindən sanitar-gigiyenik qaydalara çağırış

Səhiyyə Nazirliyindən sanitar-gigiyenik qaydalara çağırış

 

Qarşıdan gələn bayram və istirahət günlərində insanların daha çox kütləvi tədbirlərdə və qapalı məkanlarda vaxt keçirməsi yoluxucu xəstəliklərin yayılma riskini artırır. Bu baxımdan Səhiyyə Nazirliyi vətəndaşları sanitar-gigiyenik qaydalara xüsusi diqqətlə yanaşmağa çağırır. Nazirlik əhalinin sağlamlığının qorunması və mümkün yoluxmaların qarşısının alınması məqsədilə xüsusilə risk qrupuna daxil olan şəxslərə fərdi mühafizə vasitələrindən istifadəni, əl gigiyenasına riayət etməyi və immun sistemini gücləndirən qidalanma rejiminə üstünlük verməyi tövsiyə edir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında səhiyyə eksperti Adil Qeybulla bildirib ki, dünyada, o cümlədən Azərbaycanda epidemoloji vəziyyət xeyli qarşıqdır:

 

“Bir tərəfdən davam edən Covid 19 pandemiyasından törənən mutasiya variantları, bir tərəfdən digər viruslar və s. Qəribə bir mənzərə yaranıb. Əlbəttə ki, bu gün 15 yaşa qədər uşaqlar arasında xeyli yoluxma var. "A" virusunun yeni variantı daha çox yoluxma patensialı ilə xarakterizə olunur. Ona görə də, əsas yoluxma mənbələri təmasdır. Nə qədər təmas olarsa, yoluxma imkanı da bir o qədər artır. Yeni il ərəfəsi Bakının “Tarqovu” adlanan mərkəzində insanların həddən çox toplanmasını müşahidə edirəm. Maskasız, karantin qaydalarını gözləmədən və s. Covid pandemiyasını ağır keçirən insanlar qripi də ağır keçirə bilər. Həmin insanlar daha diqqətli olmalıdır. Coviddən zərərçəkmiş şəxslərin təkrar ağır infeksiya ilə xəstələnməsi pnevmaniya və digər risklərə yol açır. Diqqətli olmaq lazımdır. Əsas məsələ karantin qaydalarıdır. İnsanlar məsafə gözləməlidir, maska taxmalıdır, gigiyena qaydalarına riayət etməlidir”.

 

Banu Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər