00:00:00
Yazar
Admin User
10.11.2025 16:02 106 2 dəq oxuma
Sosial

Şəhər nəqliyyatında hava taksilərinin tətbiqi

Şəhər nəqliyyatında hava taksilərinin tətbiqi

Müasir dövrdə texnologiyanın sürətli inkişafı nəqliyyat sahəsində də özünü göstərir. İnsanların gündəlik həyatında vaxtın qənaəti və rahatlığın artırılması üçün müxtəlif innovativ nəqliyyat vasitələri yaradılır. Bu baxımdan son illərdə “hava taksiləri” anlayışı diqqət mərkəzinə çevrilib. Dünyanın bir çox ölkələrində bu istiqamətdə sınaqlar aparılır və gələcəkdə şəhər nəqliyyatının yeni bir mərhələyə qədəm qoyacağı proqnozlaşdırılır.

 

Mövzu ilə bağlı "İnformator.az"a verdiyi açıqlamada iqtisadçı Xalid Kərimli bildirib ki,şəhər nəqliyyatında hava taksilərinin tətbiqi müəyyən qədər yenilik yarada bilər və bu, bahalı bir nəqliyyat növü kimi qarşımıza çıxa bilər:

 

 

 "Ancaq bu yeni nəqliyyat vasitəsi yalnız alternativ kimi çıxış edə bilər, tamamilə mövcud nəqliyyat növlərini əvəz etməsi mümkün görünmür. Ola bilər ki, adi taksilərlə rəqabət yaratsın, amma ictimai nəqliyyatı tamamilə əvəz etməsi real deyil. Bu isə çox uzaq gələcəyin, daha çox uzaq perspektivdə həllini tapacaq bir məsələdir. Hazırda isə bu sahədə test mərhələləri davam edir və bu texnologiya ilə bağlı müxtəlif sınaqlar aparılır. Məsələn, Çində bu istiqamətdə ilkin tətbiqlər artıq başlanıb, amma bu tətbiqlər hələ çox məhduddur və geniş yayılmayıb. Bu o deməkdir ki, hava taksiləri hələlik sınaq mərhələsindədir və tam təhlükəsiz, rahat, iqtisadi cəhətdən əlçatan hala gəlməsi üçün müəyyən zaman tələb olunur. Azərbaycana isə belə bir yeniliyin gəlməsi ən azı 20-30 il çəkəcək və ölkəmizdə geniş istifadə olunması uzun zaman tələb edəcək. Hətta təhlükəsizlik məsələləri nəzərə alınsa, bu hava taksilərinin ölkəmizdə istifadəsi bəlkə də 50 ildən sonra mümkün ola bilər. Bu da həm texnoloji inkişafın səviyyəsi, həm də iqtisadi imkanlarla bağlı olacaq".

 

Həmçinin iqtisadçı bildirib ki, ekoloji təsirlərə gəldikdə isə, hava taksiləri elektriklə işləyir və elektrik nəqliyyat vasitələrinin ətraf mühitə etdiyi təsirlər qədər, bu vasitələrin də ekoloji təsiri olacaq:

 

"Ancaq bu sahədə texniki detallar və spesifik məsələlər barədə mən mütəxəssis olmadığım üçün daha dəqiq məlumat verə bilmirəm. Buna baxmayaraq, belə texnologiyaların gələcəkdə karbon emissiyasını azaltmaq və hava çirkliliyini minimuma endirmək baxımından əhəmiyyətli ola biləcəyi ehtimal edilir. Nəticə etibarilə, hava taksiləri gələcəyin nəqliyyat sistemində mühüm rol oynaya bilər. Lakin bu, yaxın illərdə reallaşacaq bir proses deyil. Həm iqtisadi, həm texnoloji, həm də təhlükəsizlik baxımından hələ çox iş görülməlidir. Azərbaycanda bu yeniliyin tətbiqi isə uzunmüddətli perspektivdə mümkündür. Hər halda, bu sahədə aparılan sınaqlar və beynəlxalq təcrübə gələcəkdə şəhər nəqliyyatında tamamilə yeni bir dövrün başlanğıcı ola bilər".

 

Aysun Vəliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər