00:00:00
Yazar
Səadət Əlizadə
25.04.2026 18:35 20 1 dəq oxuma
Siyasət

Sibiqa: Azərbaycan və Ukrayna hüquqi yardım haqqında saziş imzalayıblar

Sibiqa: Azərbaycan və Ukrayna hüquqi yardım haqqında saziş imzalayıblar

Azərbaycan və Ukrayna mülki və kommersiya məsələləri üzrə hüquqi yardım haqqında saziş imzalayıblar.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşünun yekununa əsasən bildirib.

 

Görüş Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri çərçivəsində baş tutub. "Azərbaycanlı həmkarımla əhəmiyyətli ikitərəfli görüş keçirdim. Liderlərimiz arasında bugünkü səmərəli danışıqların vacibliyini qeyd etdik və onların razılaşmalarının nəticələrini həyata keçirmək üçün növbəti addımları razılaşdırdıq", - Sibiqa sosial şəbəkə hesabında yazıb.


O, həmçinin bildirib ki, Ceyhun Bayramovla danışıqlar zamanı energetika, humanitar yardım, iqtisadiyyat, siyasi dialoq və ukraynalı uşaqların reabilitasiyası da daxil olmaqla əməkdaşlığın prioritet sahələrini müzakirə edib.

 

"Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinə, humanitar yardıma və əlaqələrimizi möhkəmləndirməyə hazır olduğuna görə Azərbaycana minnətdaram", - Ukrayna XİN başçısı vurğulayıb.

#saziş #hüquqi #xəbər #yardım
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər