00:00:00
Yazar
Admin User
07.09.2015 05:10 349 1 dəq oxuma
Sosial

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Silahlı qüvvələrimizin nümayəndələri Türkiyə, Çexiya, Böyük Britaniya, Litva və Polşada keçiriləcək təlimlərdə iştirak edəcək.

İnformator Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,sentyabrın 7-dən 11-dək Marmaris şəhərində (Türkiyə Respublikası) “Beynəlxalq gəmi və liman ərazisinin təhlükəsizliyi” kursu, 18-dək Ankara şəhərində (Türkiyə Respublikası) “Hərbi-Mülki əməkdaşlıq” kursu, oktyabrın 16-dək Vişkov şəhərində (Çexiya Respublikası) Çoxmillətli Sülhü Dəstəkləmə Əməliyyatları üzrə təlimatçı hazırlığı kursu, noyabrın 27-dək Şrivenhəm şəhərində (Böyük Britaniya) Hərbi İngilis dili kursu, dekabrın 18-dək Vilnüs şəhərində (Litva Respublikası) kiçik rütbəli zabitlər üçün qərargah kursu, sentyabrın 8-dən 16-dək Varşava şəhərində (Polşa Respublikası) NATO Standartlaşdırma kursu keçiriləcək. 

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər