Sim kartların satışında yeni qaydalar tətbiq ediləcək
Yeni qaydalara əsasən nömrə alan şəxslə bağlı xeyli məlumatlar tələb olunacaq.
İnformator xəbər verir ki, tətbiq edilən yeni qaydalara əsasən, Bir şəxsin nömrəsinin digər bir tərəfə verilməsinin qadağan olunması müqavilədə qeyd olunacaq. Telefon nömrələrinin, sim kartların satışı ilə bağlı qaydalar təkcə mobil operatorlara yox, həm də dilerlərə və adi mağazalara aid edilib. Məlumatların dəqiqliyi yoxlanılacaq. Yəni, artıq vətəndaşın şəxsiyyət vəsiqəsindəki məlumatlar dəqiqləşmədən sim kartlar satılmayacaq.
Mobil operatorlarda olan mövcud abunəçilərin bazaları Elektron Hökumət portalına inteqrasiya olunacaq. Yəni, vətəndaş Elektron Hökumət portalına daxil olanda özünə aid olan bütün telefon nömrələrini özü görə biləcək. Artıq müqavilə olmadan hansısa nömrəni işlətmək mümkünsüz olacaq. İndiyə qədər nömrələrin kiminsə adına olmadan da şəbəkədə istifadəsi mümkün idi. Amma indi o da mümkünsüz olacaq”.
Müqavilədə qeyd olunacaq ki, sizin adınıza veriləcək olan sim kartın başqasına verilməsi qadağandır: “Qaydalarda həmçinin nömrə və telefon itirilərsə dərhal polisə məlumat vermək tələbi də öz əksini tapıb”.
Vətəndaşların mobil telefon nömrələri ilə bağlı məlumat bazaları, məlumatlar dəqiqləşəcək: “Məlumatlar Elektron Hökumət portalına inteqrasiya olunacaq və nömrələr dəqiqləşəndən sonra hər bir nömrənin arxasında bir adam dayanandan sonra bu nömrə üzərindən artıq müxtəlif xidmətlər verilməyə başlanacaq. Yəni hökumət və ya istənilən digər qurum istənilən yerdə istənilən xidmətini vətəndaşın mobil telefonuna da ötürə biləcək. Həmçinin düşünürəm ki, bu nömrələrdən sui-istifadə edərək qeyri-qanuni addımlar atılmasının da qarşısını alına biləcək”.
