00:00:00
Yazar
Admin User
16.08.2023 17:26 952 1 dəq oxuma
Maraqlı

ŞİMAL-QƏRB REGİONU ÜZRƏ ƏN ÇOX BAL TOPLAYANLAR ŞƏKİ MƏKTƏBLİLƏRİDİR

ŞİMAL-QƏRB REGİONU ÜZRƏ ƏN ÇOX BAL TOPLAYANLAR ŞƏKİ MƏKTƏBLİLƏRİDİR

   Onların ixtisas seçimi çox rahat olacaq. Çünki topladıqları bal istədikləri ixtisası seçməyə imkan verir. Şəki rayonu üzrə bütün qruplardan ən yüksək nəticəni Şəki şəhər 20 nömrəli tam orta məktəbin məzunu Fidan Muradova göstərib. O, 1-ci ixtisas qrupu imtahanında 668 bal toplayıb. Bakı Ali Neft məktəbinin ingilis dilində informasiya təhlükəsizliyi ixtisasını seçəcəyini deyən Fidan Muradova zəhmətinin bəhrə verməsindən qürurlandığını bildirir.

   Şəki şəhər 7 saylı tam orta məktəbin məzunu Zəhra Sadıxlı 2-ci ixtisas qrupu üzrə qəbul imtahanında 665 bal toplayıb. İqtisad Universitetinin maliyyə ixtisasını seçəcəyini bildirən Zəhra vaxtını planlı şəkildə oxumağa ayırıb və bu da öz nəticəsini verib.

   Şəki şəhər kimya-Biologiya təmayüllü liseyin məzunu Ləman Yaşarlı isə 4-cü ixtisas qrupunda 662 bal toplayıb. Ləman gələcəkdə təhsilini xaricdə davam etdirmək və layiqli mütəxəssis, peşəkar həkim kimi yetişmək arzusundadır.

   Qeyd edək ki, imtahanlarda Şimal-Qərb bölgəsinə daxil olan 6 rayon üzrə 78 məzun 600 baldan yuxarı nəticə göstərib. Onların da 28-i Şəki rayonunun məzunlarıdır.

İLHAM

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər