Şimali Kipr XİN: Adada federativ dövlət modeli aktual deyil
Yarım əsrdən çoxdur müzakirə edilən Kipr üçün federal dövlət modeli öz aktuallığını tamamilə itirib. Münaqişənin uzunmüddətli və davamlı həlli yalnız hər iki tərəfin suveren bərabərliyi prinsipinə əsaslanan “iki dövlət” konsepsiyası ilə mümkündür.
Mövzu ilə bağlı”İnfotmator.az”a açıqamasında
politoloq Oqtay Qasımov bildirib ki,Şimali Kipr Türk Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin yaydığı bəyanat reallığı əks etdirən bir bəyanatdır:
“Kipr adasında 60 il öncə baş verənlər və adanın bölünməsi məsələsi, əlbəttə ki, Yunanıstanın və vaxtilə onun dəstəklədiyicinayətkarların törətdiyi terror hadisələrinin nəticəsində baş verdi və adada iki dövlət yarandı.Uzun müddət aparılan danışıqlarda yunan tərəfi maksimalist mövqe tutduğu üçün Kipr türkləri adanın şimalında müstəqil dövlət qurdular və bu dövlət artıq 40 ildən artıqdır fəaliyyət göstərir. Beynəlxalq aləmdə də bununla bağlı mövqelər kifayət qədər konkretləşib.Nəzərə alsaq ki, 2004-cü ildə adada o zamankı BMT Baş katibinin təşəbbüsü ilə referendum keçirildi, o vaxt da Kipr türkləri konstruktiv mövqe nümayiş etdirərək Annan planını dəstəklədilər. Həmin plana görə adada iki subyektli dövlətin qurulması məsələsi gündəmdə idi və Kipr türkləri də buna səs vermişdilər. O zaman Kipr türklərinə vəd olunmuşdu ki, əgər onlar bu varianta razılıq verərlərsə və Cənubi Kiprdə yunanlar bunun əleyhinə çıxarlarsa, o zaman Şimali Kipirin müstəqil dövlət kimi tanınması məsələsi həllini tapacaq.Təəssüf ki, ənənəvi olaraq verilən vədlər tutulmadı və Kipr türkləri də bundan sonrakı dövrdə öz yollarını müəyyən etdilər.Federativ dövlət quruluşuna gəlincə, yunanların təklifi bundan ibarətdir ki, türklər də bu adada yaranacaq federasiyanın bir subyekti olsunlar, amma əsas söz sahibi yenə də yunanlar qalsın. Kipr türklərinin mövqeyi isə bundan ibarətdir ki, əgər iki subyektli dövlət yaradılırsa, burada tərəflərin hüquqları bərabər olmalıdır.O baxımdan yunanlar bunu qəbul etmədikləri, Annan planını rədd etdikləri üçün Şimali Kipr Türk dövləti öz müstəqilliyinin tanınması istiqamətində addımlarını və siyasətini davam etdirir”.
Nurgün Qənizadə