00:00:00
Yazar
Səadət Əlizadə
24.09.2026 14:22 46 1 dəq oxuma
Siyasət

Simonyan: Hakimiyyət II Qaregini vəzifədən kənarlaşdırmaqda qərarlıdır

Simonyan: Hakimiyyət II Qaregini vəzifədən kənarlaşdırmaqda qərarlıdır

Ermənistan hakimiyyəti bütün ermənilərin katolikosu II Qareginin vəzifədən kənarlaşdırılması ilə bağlı mövqeyini dəyişməyib.

 

“İnformator.az” xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan jurnalistlərə deyib.

 

O, Ermənistan hökumətinin kilsədə yaranmış böhranla bağlı bu gün yayımladığı hesabatda II Qareginlə bağlı irəli sürülən təkliflərin xalqın dəstəkləndiyini bildirib.

 

Simonyan jurnalistlərin hakimiyyətin Katolikosun vəzifədən kənarlaşdırılması istiqamətində hansı addımları atacağı ilə bağlı sualını cavablandırarkən qeyd edib ki, rəhbərliyin bu məsələdə mövqeyi dəyişməyib.

#yeni #azərbaycan #qaregini #simonyan:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər