Simsonlar Titan gəmisi faciəsini öncədən bildilərmi? - Müəllifdən açıqlama
ABŞ-ın ən uzun müddətli serialı kimi bilinən "The Simpsons"ın bu günə qədər bir çox hadisələri baş verməzdən illər öncə proqnozlaşdırdığına dair müxtəlif iddialar var.
İnformator.az xarici KİV-lərə istinadən bildirir ki, Titanikin qalıqlarını araşdırmaq üçün gedən və itkin düşən "Titan" gəmisi ilə bağlı məsələ də sözgedən serialda 2016-cı ildə yer alıb. Serialda verilən bu hissə ilə bağlı məsələyə müəllifi Mayk Reysis aydınlıq gətirib. O iddialarını cavablayarkən deyib ki, bu bölümü yazarkən olacaqları təxmin etməyib: "Bu, mənim epizodumdur. Amma özüm belə unutmuşdum bu hissəni. Dənizdə üsyan yenicə çıxmışdı. Gələcəyi təxmin etmədik, sadəcə o filmdən yol çıxılaraq yazılan fikir idi və 20 il sonra bu hadisə baş verdi".
Qeyd edək ki, sözügedən hissədə ailənin başçı Homer Simpson bioloji atası olduğuna inandığı Mason Feyrbanksın təklifi ilə bir macəraya atılır. Feyrbanks Homeri yanına mindirir və ona batmış gəminin itmiş zümrüd xəzinəsi "Piso Mojado" haqqında məlumat verir. Mason və Homer nəhayət xəzinəni tapmaq üçün ayrı-ayrı sualtı qayıqlarda okeanın dərinliklərinə getməyə qərar verirlər. Amma ikisi ayrılanda işlər qarışır. Homer bir mərcan içində köməksiz qalır və içəridə oksigen azaldıqca huşunu itirməyə başlayır. Simpsonun atası nəhayət ki, üç gün sonra xəstəxanada oyanır.
