00:00:00
Yazar
Admin User
06.02.2026 07:44 58 2 dəq oxuma
Sosial

Siqaretin zərərləri

Siqaretin zərərləri

Siqaret çəkmək dünya üzrə qarşısı alına bilən ölüm səbəbləri arasında ön sıralarda yer alır. Tütün məmulatlarının istifadəsi ürək-damar xəstəlikləri, ağciyər xərçəngi və tənəffüs problemləri başda olmaqla bir çox ciddi xəstəliklərin yaranmasına səbəb olur.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında səhiyyə eksperti Adil Qeybulla bildirib ki, tütün məhsulları orqanizm üçün birmənalı şəkildə zərərlidir:

 

“Əvvəla, tütünün tərkibində olan nikotin insanlarda asılılıq yaradır və tütün məhsulları insanlar daim meylli olur. Tütün nikotin asılılığı yaradır və ən əsası isə tütün məmulatlarında olan qətranabənzər maddələrdir vardır ki, bunların konserogenliyi birmənalı şəkildə sübuta yetirilib. Bu qətranabənzər maddələr bronxepitini qıcıqlandırır, ora çökür, mütəmadi olaraq mutasiyalar yaradır və yavaş-yavaş ağciyər toxumasına və ordan da qana diffuziya edir. Nəticədə orqanizmin müxtəlif yerlərində mutasiya yaradır. Məsələn, sidik kisəsi, süd vəzisi, ağciyərlər, mədə və başqa orqanlarda problem yaradır. Keçən əsrin 70-ci illərində siqareti tərgitmə ilə bağlı köməkçi vasitə kimi elektron siqaretlər ideyası ortaya sürüldü. Bu ideya bir müddət sonra yaddan çıxdı, sonra yenidən bunu biznesmenlər yada saldılar. Sonralar məlum olub ki, həmin elektron siqaretlərdə nikotinin miqdarı adi siqaretdəki qədərdir, yəni asılılıq qalır. İkincisi də, həmin elektron siqaretlərdə istifadə olunan aromatik maddələr də konsergendir. Qısası, adi siqaretdən öz zərərinə görə heç də geri qalmır. Burada iradə, təbliğat, maarifləndirmə vacibdir. Doğrudur, məhsulların üzərinə “siqaret çəkmək sizin sağlamlığınıza ziyan vurur” kimi xəbərdaredici cümlələr yazılır. Amma bütövlükdə bunun əleyhinə effektiv kampaniya aparılmır. Biz bunun şahidiyik. Siqaret çəkən şəxslər birmənalı şəkildə sosial diskriminasiyaya məruz qalmalıdır. Bu nədir? Əhalinin kütləvi toplandığı yerdə, evdə, iş yerində, otaqlarda siqaret çəkmək olmaz. Siqaret çəkmək üçün ayrıca yerlər ayrılmalıdır. Onda bu şəxslər görəcəklər ki, onlar bu zərərli vərdişə görə cəmiyyətdən təcrid olunurlar. Bu artıq sosial diskriminasiyadır. Dünyanın hər yerində bu tətbiq olunur. Mən hesab edirəm ki, bunu bizdə də tətbiq etmək lazımdır. Çünki siqaret çəkənlərin sayı gün-gündən artır. Çox az adam siqaret çəkmir və bu da əlbəttə çox narahat bir tendensiyadır”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər