SİZ ZİRVƏYƏ BAXIN - MƏN İSƏ AŞAĞI
Hardan başlayıb, harda bitirim bilmirəm... O qədər zamanr keçdi ki... Eh mənim balam danışacaq qədər vaxt olsa belə, anlayacaq zaman yoxdur. Gəl dizimin küncünə, məni dinlə. Gəl mənim balam...
- Nənəcan, eyvana çıxaq dağları seyr edərək söhbətləşək.
- Olar, balam.
- Başımı dizlərinin üstə qoyum, sığal çək mənə, dinləyim səni.
- Mənim balam, irəlidə nə görürsən?
- Nənəcan, səmalara doğru ucalan dağlar.
- Başqa?
- Yanaşı iki dağ.
- Başqa heç nə görə bilmədin?
- Yox artıq heç nə yoxdur axı.
- Var, mənim balam, amma sən görmürsən.
- Necə yəni, nə var axı adi dağlardı da, nənə!
- İki dağa diqqətlə bax, balam.
- Sıldırım qayalar olan deyirsən
- Lap aşağıdakı kiçik hissəyə bax.
- Aha...
- Bu dağ parçalanıb, mənim balam.
- Olsun da, nənəcan.
- Amma bax bir aşağıya doğru, dağ nə qədər parçalasa da sabit bir parçadır.
- Elədir, nənəcan, amma o çox aşağıdadır, heç diqqətlə baxmasaq, bilinmir sanki iki dağ parçasıdır.
- Yuxarıdan yavaşca aşağıya doğru baxanda əvvəl iki dağ parçası, görürsən, amma aşağıdan yuxarıya baxan zaman bütöv bir dağın parçaladığını.
- Aha elədir, nənəcan.
- Mənim balam insanlarda nə qədər ( hətta az belə) zirvədə olur olsun, ya irəli, ya da yuxarı baxıb seyr etmək istəyərlər.
- Hərkəs yüksəkliyə can atar da, nənəcan.
- Balam yüksəkliyə can atar, amma o yüksəkliyi və yüksələcəyi yerin ən üstünə deyil, birinci aşağı, ən dərininə baxar.
- Necə yəni, mən heç nə başa düşmədim, insanlar yüksəkliyə deyil, də aşağı baxmalıdırlar.
- Bəli, mənim balam, o zaman yüksələn dağları ( zirvələri ) görərsən. Kimin nə olduğunu nə etdiyini.
- Qulağa qəribə gəlir, amma maraqlıdır.
- Zamanı gəldikdə isə özün zirvədə olarsan, aşağıdan baxaraq irəlilədiyin zaman bir də görərsən zirvə yoxdur.
- O necə olur axı, mən aşağı baxıram.
- Mənim balam baxdığın aşağılara pillə - pillə qalxarsan, birinci olan necə oldusa, sonrakı olanı da möhkəmlənərək üçə doğru yol alarsan. Və daha sonra digərləri də bir - birinin ardınca gələn zaman artıq zirvələri fəth edərsən və yuxarı baxsan heç nə görməzsən, amma aşağı baxan zaman bütün zirvələri görərsən. Bütünlüklə yaşamı ...
