00:00:00
Yazar
Elmira Ağayeva
13.05.2026 20:19 19 2 dəq oxuma
Siyasət

Slovakiya parlamentinin sədri Bakıda əməkdaşlıq danışıqları aparacaq

 

 

Slovakiya parlamentinin sədri Bakıda əməkdaşlıq danışıqları aparacaq

Rixard Raşi işgüzar səfərlə Azərbaycana gəlib. O bildirib ki, Bakıda strateji tərəfdaşlıq, Slovakiya şirkətlərinin dəstəklənməsi və yeni əməkdaşlıq imkanları ilə bağlı danışıqlar aparacaq.

 

 

Raşi səfər çərçivəsində keçiriləcək görüşlər və müzakirələr barədə ictimaiyyətə məlumat veriləcəyini də qeyd edib.

 

 

Mövzu ilə bağlı Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa İttifaqı uzun illərdir Azərbaycan üçün əsas ticarət tərəfdaşlarından biridir və son illərdə bu əlaqələr daha da dərinləşib:

 

 

“Enerji, ticarət və investisiya sahələrində Azərbaycan–Aİ əməkdaşlığı yalnız iqtisadi fayda gətirmir, eyni zamanda geostrateji əhəmiyyət daşıyır. Slovakiya ilə münasibətlər Avropa İttifaqı çərçivəsində müstəqil və milli maraqlara əsaslanan siyasətin nümunəsi kimi diqqət çəkir.

 

Azərbaycan–Slovakiya münasibətləri strateji tərəfdaşlığa doğru dinamik inkişaf edir və bunun regional əhəmiyyəti getdikcə artır. Diplomatik, iqtisadi və humanitar əməkdaşlıq sahələrində əldə olunan uğurlar, həmçinin mövcud perspektivlər iki ölkə arasında əlaqələrin genişləndiyini göstərir.

 

Diplomatik səfərlər, parlamentlərarası dialoq və iqtisadi layihələr Slovakiya–Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq istiqamətində sistemli və davamlı şəkildə inkişaf etdiyini nümayiş etdirir.

 

Slovakiya nümunəsi onu da göstərir ki, Avropa İttifaqına üzv ölkələr milli maraqlarını qorumaqla yanaşı, birlik çərçivəsində ümumi siyasətə uyğun əməkdaşlıq da apara bilirlər.

 

Bu əməkdaşlıq həm iki ölkənin maraqlarına xidmət edir, həm də regionda iqtisadi və siyasi sabitlik üçün mühüm model formalaşdırır, yeni investisiya imkanları yaradır və sülhün iqtisadi dividendlərinin reallaşmasına şərait yaradır.

 

Enerji, nəqliyyat, müdafiə sənayesi, yüksək texnologiyalar və sənaye kooperasiyası sahələrində əməkdaşlıq Azərbaycan–Slovakiya tərəfdaşlığını Avratlantik və Avrasiya məkanında dayanıqlı, çoxşaxəli və strateji əhəmiyyətli modelə çevirir”.

 

 

Mələk Hüseynova

#Azərbaycan #Slovakiya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər