Səməd Seyidov: “ABŞ da daxil olmaqla, Avropa ölkələri və beynəlxalq təşkilatların beynəlxalq hüququn bərpasına kömək edəcəyinə inanırıq”
“Rusiya ilə həmsərhəd olan yeganə dövlət kimi Azərbaycan bir çox dövlətlərin, eləcə də ABŞ-ın maraq dairəsindədir. Bundan əlavə Azərbaycanın neft-qaz layihələri üçün koridor olması da önəmli faktordur.”
Bu fikirlər Birləşmiş Ştatların “Washington Times” qəzetinin təşkilatçılığı ilə keçirilən “Xəzər dənizi hövzəsində geosiyasət: ABŞ-Azərbaycan əməkdaşlığı” mövzusunda konfransda səsləndirilib. Tədbirdə Azərbaycanın yerləşdiyi coğrafi məkan, üzləşdiyi təhdidlər, müstəqillik illərində qazandığı nailiyyətlər haqqında geniş məlumat verilib. Qeyd edilən faktlar bu il yanvarın 29-da “Washington Times” qəzetində Azərbaycan haqqında xüsusi buraxılışla nəşr olunub.
Toplantıda rəsmi Bakını təmsil edən Azərbaycanı ABŞ-dakı səfiri Elin Süleymanov hər 2 ölkən bir çox önəmli neft-qaz layihələrində ortaq iştirakını xüsusi vurğulayıb. Bu əməkdaşlıq yalnız enerji sektoru ilə məhdudlaşmır, bir çox sahələri əhatə edir. Toplantı iştirakçıları bu gün Azərbaycanın 2 rəqib dövlət olan ABŞ və Rusiya ilə necə yaxşı münasıbət qurması ilə maraqlanıblar.
Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Səməd Seyidov Azərbaycanın xarici siyasətində əsas məqsədin bütün dövlətlərlə dost münasibəti qurmaq olduğunu vurğulayıb. Səməd Seyidov diqqəti Azərbaycanın işğal altında olan ərazlərinə də yönəldib. Sitat “Bu gün qərb dövlətləri Rusiyaya qarşı sanksiya tətbiq edir. Ama 20 il əvvəl bizim torpaqlar işğal edilən zaman heç kim, Ermənistana qarşı sanksiya tətbiq etmədi. 20 il əvvəl Dağlıq Qarabağ işğal edilən zaman Ermənistana qarşı sanksiyalar tətbiq edilsəydi, bu gün nə Gürcüstan, nə də Ukraynanın 20 faiz torpağı işğal altında olmazdı. ABŞ da daxil olmaqla, Avropa ölkələri və beynəlxalq təşkilatların beynəlxalq hüququn bərpasına kömək edəcəyinə inanırıq” Sitatın sonu.
Toplantıda bəzi hallarda insan haqları ilə bağlı iddialardan Azərbaycanın Avropa və ABŞ ilə münasibətlərin əleyhinə istifadə edildiyi də bildirilib. Buna baxmayaraq 2 ölkənın əmakdaşlığınin artan xətt üzrə getdiyi və ABŞ-Azərbaycan münasibətlərinin regionun gələcəyi üçün əhəmiyyətli olduğu vurğulanıb.
