00:00:00
Yazar
Admin User
01.12.2015 12:51 756 1 dəq oxuma
Siyasət

Sən heç Azərbaycan vətəndaşı adı daşımağa layiq deyilsən

Nəsiman Yaqublunun Naqif Həmzəyevə cavabı:\"Sən heç Azərbaycan vətəndaşı adı daşımağa layiq deyilsən\"
Sən heç Azərbaycan vətəndaşı adı daşımağa layiq deyilsən

Məhəmmədəminşünas alim Nəsiman Yaqublunun İnformator. az saytına müsahibəsi: \"Milli Məclisə təyin edilmiş adamların seçilmiş insanlar haqda söz deməsi qətiyyən düzgün deyil. Əvvəla soruşmaq lazımdır ki, bu adamı kim seçib, hansı bacarığına görə, millətə hansı xidmətinə görə bura gəlib düşüb? Araşdırsaq məlum olacaq ki, bu adam tamamilə özünün uyğun olmadığı bir ampuladan çıxış edir, ikincisi isə bu adamın əgər Rəsulzadə haqda bilgisi yoxdursa, Xalq Cümhuriyyəti haqda bilgisi yoxdursa, öz doğulduğu Gəncə haqda bilgisi yoxdursa onun Milli Məclisdə oturması ən azı Azərbaycan xalqı üçün təhqirdir. Mən bu adama üz tutub demək istəyirəm: «Siz gedin cavan oğlansız Azərbaycanın tarixini oxuyun, Rəsulzadənin həyatını oxuyun, Rəsulzadənin güllənən oğlunun taleyini oxuyun. Və sənin kimi adamlar da Cümhuriyyətin hesabına indi bu respublikada oturublar. Rəsulzadənin fəaliyyətini bu gün bütün dünya araşdırır. Onun bütün fəaliyyəti Azərbaycanla bağlı olub. Hər il Polşada Rəsulzadə haqda beynəlxalq konfrans keçirilir və onun öz xalqının azadlığı uğrunda deyil, bütün dünyada əzilən xalqların azadlığı uğrunda mübarizə aparan bir lider olduğu təsdiq olunur. Rəsulzadənin cild-cild kitabları, ensiklopediyaları çap olunur. Əgər bütün bunlardan xəbərin yoxdursa sən heç Azərbaycan vətəndaşı adı daşımağa layiq deyilsən».

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər