00:00:00
Yazar
Admin User
25.08.2015 09:20 465 1 dəq oxuma
Sosial

SOCAR-ın idarə və müəssisələri üçün ekoloji normativ sənədlər hazırlanır

Hər bir çirklənmə mənbəyi üzrə ətraf mühitə atılan və axıdılan zərərli maddələrin yol verilə bilən normativlərinin son hədləri müəyyən edilib.
SOCAR-ın idarə və müəssisələri üçün ekoloji normativ sənədlər hazırlanır

SOCAR-ın Ekologiya İdarəsində fəaliyyət göstərən “Ekoloji normativ sənədlərin hazırlanması” qrupu tərəfindən 2015-ci ilin səkkiz ayı ərzində şirkətin istehsalat birlikləri və müxtəlif təyinatlı müəssisələri üçün 18 ekoloji normativ sənəd hazırlanmış, hər bir çirklənmə mənbəyi üzrə ətraf mühitə atılan və axıdılan zərərli maddələrin yol verilə bilən normativlərinin son hədləri müəyyən edilib.

SOCAR-dan İnformator-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış “Metodiki göstərişlər” və ГОСТ 17.00.04 90 normativ sənədlərin tələblərinə uyğun hazırlanmış ekoloji sənədlər razılaşdırmaq üçün Dövlət ekspertiza İdarəsinə təqdim edilib.

Hazırda ekoloji normativ sənədlərin və “Su təsərrüfatı pasportunun” hazırlanması işləri davam etdirilir.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər