SOCAR: \"Qiymət Mehdiyevlə bağlı məsələ araşdırılır\"
Qiymət Mehdiyevin həyat yoldaşının xaricdə villalar alması barədə KİV-də yer alan məlumatlar hazırda şirkət tərəfindən araşdırılır
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyevin həyat yoldaşının xaricdə villalar alması barədə KİV-də yer alan məlumatlar hazırda şirkət tərəfindən araşdırılır.
SOCAR-dan İnformator-a verilən məlumata görə, bu məsələ şirkətdə mövcud olan korrupsiyaya qarşı mübarizə və şəffaflıq standartlarına uyğun olaraq araşdırılır, nəticəsi barədə ictimaiyyət məlumatlandırılacaq.
Qeyd edək ki, bir sıra KİV-lərdə Q.Mehdiyevin həyat yoldaşının 20 milyon dollara Bodrumda 16 villa və hektarlarla torpaq sahəsi alması barədə məlumatlar yayılıb.
