Son 15 il ərzində 140-dan çox ölkə Azərbaycanın humanitar yardımından yararlanıb
“Humanitar yardımlar Azərbaycanın beynəlxalq nüfuzunu və yumşaq güc imkanlarını gücləndirir”
Mövzu ilə bağlı”İnformator.az”a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib ki, Son 15 ildə 140-dan çox ölkəyə humanitar yardım
göstərilməsi Azərbaycanın beynəlxalq imicinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərib:
“Bu addımlar Azərbaycanın yalnız öz milli maraqlarını düşünən deyil, qlobal humanitar çağırışlara da həssas yanaşan dövlət kimi təqdim olunmasına imkan yaradır. Xüsusilə təbii fəlakətlər, pandemiya, ərzaq və digər humanitar böhranlar zamanı göstərilən dəstək Azərbaycanın humanitar diplomatiyasını gücləndirir”.
Zeynal Əmrəliyev qeyd edib ki,Burada əsas məqam yardımın coğrafiyasının geniş olmasıdır.
140-dan çox ölkəyə dəstək verilməsi Azərbaycanın müxtəlif regionlarla humanitar əlaqələr qurduğunu göstərir. Bu, ölkənin beynəlxalq tərəfdaşları arasında etimadın formalaşmasına və Azərbaycanın yumşaq güc imkanlarının genişlənməsinə xidmət edir. Eyni zamanda, belə təşəbbüslər Azərbaycanın beynəlxalq platformalarda daha fəal və məsuliyyətli dövlət kimi mövqeyini möhkəmləndirir. Müasir dövrdə humanitar yardım təkcə sosial dəstək deyil, həm də ölkənin xarici siyasətinin və beynəlxalq nüfuzunun mühüm alətlərindən biridir.
Nurgün Qənizadə