00:00:00
Yazar
Admin User
25.12.2025 18:35 47 2 dəq oxuma
Sosial

Son on ayda 42 qida zəhərlənməsi hadisəsi olub

Son on ayda 42 qida zəhərlənməsi hadisəsi olub

 

Bu ilin on ayı ərzində Azərbaycanda 42 qida zəhərlənməsi hadisəsi baş verib, 384 nəfər zərərçəkib. Əksəriyyət məişət şəraitində baş verib və konserv məhsulları, ictimai iaşə müəssisələrində isə əsasən dönər və qarışıq qidalar səbəb olub. Ölüm halı qeydə alınmayıb.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib ki, qida zəhərlənmələri hər zaman mövcud olub, bundan sonra da olacaq:

 

“Əvvəllər zəhərlənmə ilə bağlı qeydiyyata düşmə halları daha az müşahidə olunurdu. Zəhərlənmə halları həm evdə, həm də ictimai iaşə obyektlərində baş verə bilər. Əsas məsələ səbəbləri düzgün anlamaq və qarşısını almaqdır. Qida zəhərlənmələrinin ən əsas səbəbi qidaların düzgün saxlanılmaması və hazırlanma qaydalarına əməl edilməməsidir. Qidalar uyğun temperaturda saxlanmadıqda mikroorqanizmlər sürətlə çoxalır. İctimai iaşə müəssisələrində isə gigiyena qaydalarının pozulması, işçilərin şəxsi təmizliyə diqqət etməməsi, çiy və bişmiş qidaların bir yerdə saxlanılması təhlükə yaradır. Dönər kimi tez xarab olan qidaların uzun müddət açıq qalması da zəhərlənməyə səbəb ola bilir. Evdə hazırlanan konservlərdə sterilizasiya düzgün aparılmadıqda botulizm riski artır. Əllərimizi yeməkdən əvvəl və sonra mütləq yumalıyıq. Qida üçün istifadə olunan bıçaq, taxta və qablar təmiz saxlanmalıdır. Çiy ət və tərəvəzlər ayrı-ayrılıqda doğranmalıdır. Çox vaxt bu qayda pozulur. Qidalar lazımi temperaturda bişirilməlidir. Yarımçıq bişmiş ət məhsulları istifadə olunmamalıdır. Bişmiş yeməklər uzun müddət otaq temperaturunda saxlanmamalıdır. Soyuducuda saxlanılan qidaların istifadə müddətinə mütləq diqqət etməliyik. Evdə xanımlar konservləri hazırlayarkən bankalar yaxşı sterilizə olunmalıdır. Şübhəli qoxu, dad olduqda diqqət etməliyik.  Qida təhlükəsizliyinin təmin edilməsi üçün beynəlxalq və milli standartlar mövcuddur. Qida Təhlükəsizliyi Haqqında Qanun mövcuddur. Həmçinin ən geniş yayılanı HACCP sisteminin tətbiqi genişlənib. Bu sistem qidanın istehsalından istehlakçının süfrəsinə qədər bütün mərhələlərdə risklərin müəyyənləşdirilməsini nəzərdə tutur. Temperatur nəzarəti, təmizlik, işçi gigiyenası və xammalın keyfiyyəti əsas prinsiplərdir. 

Həmçinin ictimai iaşə müəssisələri mütəmadi yoxlanmalı, işçilər məlumatlandırılmalıdır. Qida etiketlənməsi və son istifadə tarixi də ciddi nəzarətdə olmalıdır. Bu qaydalara əməl edildikdə qida zəhərlənməsi hallarının qarşısını almaq mümkündür “.


Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər