00:00:00
Yazar
Elmira Ağayeva
14.07.2026 18:47 32 1 dəq oxuma
Siyasət

Son sutkada Ukraynanın PUA obyektləri və hərbi mövqelərinə zərbələr endirilib-Rusiya

Son sutkada Ukraynanın PUA obyektləri və hərbi mövqelərinə zərbələr endirilib-Rusiya

 

Rusiya Müdafiə Nazirliyi son 24 saat ərzində Ukraynada uzaqmənzilli pilotsuz uçuş aparatlarının (PUA) yığılması və saxlanılması obyektlərinə, eləcə də Ukrayna ordusunun yanacaq-enerji və nəqliyyat infrastrukturuna zərbələr endirildiyini açıqlayıb.


Nazirliyin məlumatına görə, operativ-taktiki aviasiya, zərbə tipli PUA-lar, raket qoşunları və artilleriya vasitəsilə Ukrayna silahlı qüvvələrinin və xarici muzdluların 148 müvəqqəti yerləşmə məntəqəsi də hədəfə alınıb.

 

Bildirilib ki, son sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlər zamanı Ukrayna ordusu ümumilikdə təxminən 1 380 hərbçi itirib. Məlumata əsasən, "Şimal", "Qərb", "Cənub", "Mərkəz", "Şərq" və "Dnepr" qoşun qrupları Sumı, Xarkov, Donetsk, Dnepropetrovsk və Zaporojye vilayətlərində Ukrayna ordusunun müxtəlif briqadalarına zərbələr endirib.

 

Nazirlik həmçinin iddia edib ki, hava hücumundan müdafiə qüvvələri son 24 saat ərzində 715 təyyarə tipli pilotsuz uçuş aparatını, 7 idarəolunan aviasiya bombasını və ABŞ istehsalı olan HIMARS yaylım atəşli raket sisteminin 2 raketini məhv edib.

 

 

TASS 

Nuray Əliyeva

#Rusiya #Ukrayna
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər