00:00:00
Yazar
Admin User
17.08.2023 10:50 547 2 dəq oxuma
Maraqlı

SOSİAL MEDİA: ZƏRƏRİ ÇOXDUR, YA FAYDASI?!

SOSİAL MEDİA: ZƏRƏRİ ÇOXDUR, YA FAYDASI?!

   Hər birimizə məlumdur ki, artıq sosial şəbəkələr gündəlik həyatımızın ayrılmaz hissəsidir. Ona görə də bu məsələnin üstündə çox durmaq istəmirik. Əsas sosial şəbəkənin üstünlüklərinə toxunacayıq. Əsasən bu şəbəkə platformalarını bəzi insanlar əyləncə üçün, bəzi insanlar məlumat əldə etmək üçün istifadə edir. Gəlin belə bir sual qoyaq: "bəs sosial şəbəkələrdən kimlər faydalanmaq üçün istifadə edirlər?"

   Sosial Media Meneceri Kənan Əliyevin fikrincə, biz sosial şəbəkələr üçün, sosial şəbəkələr isə bizim üçün işləyir. “Sosial şəbəkələrdən öz xeyri üçün istifadə edənlər, izləyici toplayıb pul qazananlar, bizneslərini onlayn formada həyata keçirərək, onlayn satışlarla məşğul olanlardır. Günümüzdə insanların çoxu evdən çıxmadan öz islərini onlayn şəkildə yerinə yetirir”.

   Sosial şəbəkədən faydalanmağın 2 yolu olduğunu deyən Kənan Əliyev fərdi inkişafla marketinqi fərqləndirir. “Söhbət fərdi inkişafdan gedirsə, nəzərdə saxlamalı olduğumuz ilkin məsələ odur ki, burada bu platformaların rolu 50%-dir, lakin marketinq qisminə gəldikdə bu şəbəkələrin həyatımızı dəyişəcəyinin şahidi olarıq”. Həmçinin, müsahibimiz öz platformasını düzgün şəkildə istifadə etməyi bacaranlarının fərqləndiyini də gizlətmir. Onun sözlərinə görə, fərd platformasını düzgün və səmərəli istifadə edirsə, bu, həmin şəxsi fərqləndirən xüsusiyyət kimi qiymətləndirilir. Çünki hər kəs sosial şəbəkə istifadə edə bilir, lakin hər kəs düzgün istifadə edə bilmir. “Düşünün, hər gün minlərlə insan sosial platformalar üzərindən ticari əlaqələr içərisində olur. Eyni zamanda minlərlə insan bir-birləri ilə alış-veriş edir, beləliklə, məhsul istehlakçıdan istehsalçıya bir neçə dəqiqə ərzində ötürülə bilir. Qısacası, ticari və biznes yönlərindən müşahidə etsək, sosial şəbəkələrin həyatımızı asanlaşdırdığını və bizim lehimizə fəaliyyətdə olduğunu görə bilərik”.

 ÇİNARƏ MURADOVA

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər