00:00:00
Yazar
Admin User
03.11.2025 18:37 138 2 dəq oxuma
Sosial

Sosial mediada “ideal həyat” təzyiqi

Sosial mediada “ideal həyat” təzyiqi

Sosial şəbəkələr gənclər arasında özünü başqaları ilə müqayisə etməyə və özünəinamın azalmasına səbəb olur.Gənclər real həyatı deyil, yalnız sosial mediada təqdim olunan “ideal həyat”ı görür.

 

Bu mövzu ilə bağlı psixoloq Nizami Orucov ”İnformator.az”a bildirib ki,sosial media insanların həyatlarının yalnız parlaq tərəflərini göstərdiyi bir vitrin halını ala bilir bəzən:

 

“Gənclər bu “ideal” paylaşımları gördükdə, onları reallıq kimi qəbul etməyə başlayır və öz həyatları ilə müqayisə edirlər. Nəticədə onlarda “mən də belə yaşamalıyam” düşüncəsi formalaşır, bu isə təbii ki, narahatlıq, özünə qarşı məmnuniyyətsizlik və dəyərsizlik hissini gücləndirir.Uzunmüddətli təsir kimi depressiv hallar, özgüvən itkisi və sosial təcrid müşahidə oluna bilər.Müqayisə insan təbiətində olsada sosial media bu prosesi çoxaldır və dərinləşdirir. Gənc artıq öz dəyərlərini və nailiyyətlərini deyil, başqasının “filtrdən keçmiş” həyatını ölçü kimi qəbul edir. Bu da öz şəxsiyyətinə inamı azaldır. Nəticədə “mən kifayət qədər yaxşı deyiləm” düşüncəsi yaranır. Bəzi gənclər daha çox diqqət və təsdiq almaq üçün süni şəkildə “mükəmməl” görüntü yaratmağa başlayır, bu da daxili boşluq və kimlik qarışıqlığına gətirib çıxarır.Bu təsir yaşa, şəxsiyyət tipinə və emosional dayanıqlığa görə dəyişir. Ən çox təsirlənən qrup 13–25 yaş arası gənclər hesab olunur, çünki bu dövr kimlik formalaşması mərhələsidir. Onlar “mən kiməm?” sualına cavab axtarırlar və sosial mediadan gələn mesajlar həmin axtarışa yön verir. Yetkin yaşlı insanlar da təsirlənir, amma adətən daha real düşüncə bacarığına malik olduqları üçün bu təsir nisbətən zəif olur”.

 

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər