00:00:00
Yazar
Admin User
13.01.2026 16:06 86 2 dəq oxuma
Sosial

Sosial şəbəkələr psixologiyamızı necə dəyişir?

Sosial şəbəkələr psixologiyamızı necə dəyişir?

 

 

Son illərdə sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. İnsanlar artıq təkcə ünsiyyət qurmaq üçün deyil, özlərini təsdiqləmək, qəbul olunmaq və dəyərli hiss etmək üçün də bu platformalara üz tutur. Bəyənmələr, izləyici sayı və paylaşımlar getdikcə psixoloji göstəriciyə çevrilir. Lakin parlaq görüntülərin arxasında müqayisə, narahatlıq, özünə inamsızlıq və emosional asılılıq kimi ciddi problemlər gizlənir.

 

Mövzu ilə bağlı “İnfotmator.az”a açıqlamasında psixoloq Nizami Orucov bildirib ki, sosial şəbəkələr beynin mükafat sistemini sürətli və süni stimullarla aktivləşdirir:

 

“Bəyənmə, şərh və izləyici artımı dopamin ifrazını artıraraq beyinə “mükafat aldım” siqnalı verir. Problem ondadır ki, bu mükafatlar qısaömürlü və qeyri-sabitdir. Beyin getdikcə daha çox stimul tələb edir və bu da emosional asılılıq, diqqətin zəifləməsi və real həyatda zövq alma qabiliyyətinin azalması ilə nəticələnə bilər. Çünki sosial şəbəkələr reallığın seçilmiş və filtrdən keçmiş versiyasını təqdim edir. İnsan psixikası isə gördüyünü “normal” və “real” kimi qəbul etməyə meyllidir. Bu zaman insan öz gündəlik, çətinliklərlə dolu həyatını başqasının yalnız uğur və xoş anlardan ibarət görüntüləri ilə müqayisə edir. Nəticədə özünü yetərsiz hiss etmə, narazılıq və özünə inamın azalması yaranır. Bu müqayisə ehtiyacı çox vaxt qəbul olunmaq və dəyərli hiss etmək ehtiyacından qaynaqlanır. Çünki onların şəxsiyyəti və özünə dəyər hissi hələ formalaşma mərhələsindədir. Gənclər kim olduqlarını, nəyə dəyər verdiklərini və başqaları vasitəsilə necə qəbul olunduqlarını anlamağa çalışırlar. Sosial şəbəkələr isə bu dövrdə xarici təsdiqi əsas meyara çevirir. Tənqidə həssaslıq, impulsivlik və emosional dalğalanmalar bu yaş dövründə daha güclü olduğu üçün sosial media təsirləri daha dərin iz buraxır”.


Banu Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər