00:00:00
Yazar
Admin User
04.02.2026 18:39 89 2 dəq oxuma
Sosial

Sosial Şəbəkələrdə Etik Sərhədlər: Azadlıq, yoxsa Özbaşınalıq?

Sosial Şəbəkələrdə Etik Sərhədlər: Azadlıq, yoxsa Özbaşınalıq?

Texnologiya bizə sərhədsiz ünsiyyət bəxş etsə də, rəqəmsal mədəniyyətimizi sınağa çəkir. Sosial şəbəkələrdəki anonimlik və fiziki təmasın yoxluğu təhqir, kiber-bullinq və dezinformasiya kimi etik pozuntuların artmasına şərait yaradır. Lakin unutmaq olmaz ki, virtual məkandakı davranışlarımız sadəcə alqoritmlərə deyil, real insanların həyatına təsir edir. Rəqəmsal etika müasir cəmiyyətin sağlamlıq göstəricisidir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi, jurnalist Azər Həsrət bildirib ki, bu insanların elmi biliklərinin, dünyagörüşlərinin yoxluğu və zəifliyindən qaynaqlanır:

 

“Adamlar dərk edə bilmir ki, ekran arxasında oturub şirə dönmək onları daha tez aşkar edə bilir, nəinki üz-üzə söhbət etmək. Ekran arxasında sadəcə bir məsuliyyətsizlik var. İnsanlar üz-üzə gələndə psixoloji sərhəd yaranır. Həddi aşmaq çətin olur. Ekran arxasında bu problem olmadığına görə məsuliyyət hissini itirir. Real həyatda deməyi, etməyi uyğun görməyən adamlar ,əlbəttə ki, bunu virtual aləmdə də tətbiq etməlidir. Azadlıq hər kəsin haqqıdır. Amma məsuliyyət hissini itirmək olmaz. Təəssüf ki, sosial media istifadəçilərinin əksəriyyəti məsuliyyət hissini arxa plana keçirir və bunun adını azadlıq qoyur. Halbuki, azadlıq başqalarının da hüquqlarına hörmətlə yanaşmağı tələb edir. Azadlıq istəyirsənsə, məsuliyyətli ol. Onlayn müstəvidə etik pozuntular kütləvi hal alıb. Adətə çevrilir. Pis vərdişlər yolxucu olur. Yaxşı vardişləri yolxucu edək. Virtual aləmdə davranışlarımıza diqqət edək. Ağlı başında insanlar virtual boşluğu doldurmalıdır”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər