00:00:00
Yazar
Ayan Sadi
19.08.2026 23:58 127 1 dəq oxuma
Texnologiya

SpaceX raketi Milad adası sahillərində göründü

SpaceX raketi Milad adası sahillərində göründü

BBC⁠-nin məlumatına görə, SpaceX şirkətinə məxsus raket iyulun 24-də Texasdan həyata keçirilən sınaq uçuşundan sonra Hind okeanına enərək Milad adası (Christmas Island) sahillərində gözlənilmədən görünüb.

Milad Adası Turizm Assosiasiyasının rəhbəri Devid Uoçorn bildirib ki, işə gedərkən əvvəlcə dənizdəki obyektin gəmi olduğunu düşünüb. Lakin daha sonra onun “raket, kosmik raket” olduğunu anlayıb.

52 metr uzunluğunda olan raketin qalıqlarının görünməsi yerli sakinlər arasında böyük maraq yaradıb. Bəzi insanlar qalıqları yaxından görmək üçün işdən “gizlicə” uzaqlaşıb, digərləri isə onları araşdırmaq məqsədilə qayıqlarını hazırlayıblar.

Uoçorn BBC-yə açıqlamasında baş verənləri “inanılmaz” adlandırıb:

“Bu hadisənin necə baş verdiyini düşündükcə, həqiqətən inanılmaz görünür. Nə qədər çox araşdırsanız, bir o qədər maraqlı olur”.

 

BBC News

 

Süsən Mərdalıqızı

#göründü #milad #raketi #yeni #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər