00:00:00
Yazar
Admin User
15.09.2023 17:15 397 1 dəq oxuma
Maraqlı

Spotlight (Diqqət) Effekti - Səhvləriniz başqaları üçün düşündüyünüz qədər nəzərə çarpmır

Spotlight (Diqqət) Effekti - Səhvləriniz başqaları üçün düşündüyünüz qədər nəzərə çarpmır

Facebook, İnstagram və Snapchat kimi sosial media tətbiqlərinin təsiri ilə günümüz insanlarında davamlı olaraq müşahidə edildiyi və ya diqqət çəkdiyi hissi yaranır. Bu, bəzən insanın görünüş və davranışı ilə bağlı paranoyaklaşdığı nöqtəyə çata bilər. Ancaq psixoloji araşdırmalar göstərir ki, qüsur saydığınız şeylər başqaları üçün düşündüyünüz qədər nəzərə çarpan deyil.

 

Kornel Universitetində bir qrup psixoloq iştirakçılar üzərində utancverici şəkil olan köynəklər geyindirib və onlardan bu köynəyi neçə nəfərin görəcəyini soruşub. Nəticələr göstərir ki, eksperiment iştirakçıları reallıqdan iki dəfə çox insan tərəfindən fərqinə varılacaqlarını bildirib.

 

Bu psixoloji araşdırmadan nəyi öyrənməlisən?

Siz düşündüyünüzdən daha az nəzərə çarpırsınız. Odur ki, ictimai yerlərdə özünüzə qarşı çox sərt davranmayın. Həm də kiçik bir səhv etdiyiniz zaman qəzəblənməyə ehtiyac yoxdur.

 

Aydan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər