Sərhəd-keçid məntəqələrində heç bir problem yoxdur - Aydın Əliyev
Gömrük sərhəd buraxılış məntəqələrində heç bir problem yoxdur
\"Gömrük sərhəd buraxılış məntəqələrində heç bir problem yoxdur\".
İnformator.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev mətbuat konfransı zamanı Azərbaycan sərhəd keçid məntəqələrində uzun müddətli növbələrin olması barədə suala münasibət bildirərkən deyib.
A.Əliyev bildirib ki, süni problemlər yaradılmasa, sərhəd-keçid məntəqələrində heç bir problem yoxdur.
O, Azərbaycan sərhəd keçid məntəqələrində İran və Gürcüstan sərhədi ilə müqayisədə daha uzun gözləmənin olmasına münasibət bildirərkən deyib ki, heç kim Azərbaycandan Gürcüstana, yaxud da İrana böyük həcmli yüklərlə keçmir. Əksinə, Gürcüstandan, İrandan Azərbaycana gələn vətəndaşlar daha çox yüklərlə gəlirlər.
