00:00:00
Yazar
Admin User
09.10.2023 13:41 408 1 dəq oxuma
Maraqlı

SƏRHƏDLƏR

SƏRHƏDLƏR

Keçmişdən bu günə qədər getmək üçün bəzən zaman maşınına gərək olmur, zaman maşını bizlərin düşüncə tərzinin yansıması olur, bir baxıma.

 

Seçilən o şəxs olmağa çalışır insan, bir yenilik, imkansızlıq axtarır. Ən acısı isə, imkansız saydığını əldə etdiyində əvvəlki həyəcan və ümidi itirməsi olur. Buna "Madam istəyirdin, onda niyə istəmirsən?" demək bir qədər yanlışdır.

 

Haradan bilirsiniz, həqiqətən, onu istədiyini? Haradan bilirsiniz, xoşbəxtliyi üçün çabaladığından yeni bir həyəcan axtarmadığını?

 

Xoşbəxt olmaq üçün, yaxud maraqdan yaranmırmı ən böyük problemlər? Nədir bəs bu xoşbəxtlik? Dəyərmi onun üçün bu qədər savaşmağa?

 

Ya əgər bir özümüz savaşma səbəbiyiksə? Qulağa xoş gəlir, elə deyilmi? Bir daha düşünün.

 

Bəlkə də, savaşma səbəbi deyil, xoşbəxtliyə qaçış yolundakı növbəti hədəfsiniz. Lakin bunun üçün də üzülməyə gərək yoxdur.

İnsan beyni düşünmək üçün var. Düşünün və sizi inkişaf etdirəcək xoşbəxtlik hədəflərini müəyyənləşdirin. Bunun sizi hər gün sevindirməsi gərəkməz, xoşbəxtlik anidir, özünüz də bilirsiniz.

 

Yaşayın, "Əşi, oldu da" deyib keçin. Çünki hazırda insanların psixologiyası bütün hər şeyi dərd edəcək qədər sağlam deyil. Napaleon demişkən, edəcək bir şey yox...

Əşi...

Aydan Qasımova

Şəklin mənbəsi: Pinterest

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər