00:00:00
Yazar
Admin User
01.01.2026 17:37 90 2 dəq oxuma
Sosial

Səssiz təhlükə: Pirotexniki vasitələr bayram sevincini necə narahatlığa çevirir?

Səssiz təhlükə: Pirotexniki vasitələr bayram sevincini necə narahatlığa çevirir?

 

 

Bayram və xüsusi günlərdə pirotexniki vasitələrdən geniş istifadə edilməsi cəmiyyətin müxtəlif təbəqələrində ciddi narahatlıq yaradır. Güclü səslər, qəfil partlayışlar və nəzarətsiz atəşlər xüsusilə uşaqlar, yaşlılar, xəstələr və ev heyvanları üçün təhlükə və psixoloji gərginlik mənbəyinə çevrilir. Bundan əlavə, pirotexniki vasitələr hər il yanğın, xəsarət və maddi zərərlə nəticələnən hadisələrə səbəb olur. Mövzu təhlükəsizlik, ictimai məsuliyyət və qanunvericilik prizmasından diqqət mərkəzindədir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Fatimə Hacıyeva biıdirib ki, qəfil və səsli travmalar travma keçirən insanların yaddaşlarını yenidən aktivləşdirə bilər:

 

“Bu isə post-travmatik-stress pozuntusudur. Daha çox o insanlarda müşahidə olunur. Qulaqlarına səs gəlir, təşvişə düşürlər, tərləmə, qaçma halları olur. Güclü səs effektləri uşaqlarda kabuslar, içinəqapanma, uzunmüddətli səsə qarşı həssaslıq yaradır. Panika, qorxu, ağlama problemlərini də deyə bilərik. Uşaqlar həmin vəziyyəti yaxşı izah edə bilmədiklərinə görə, böyüklərə nisbətən bu pozuntunu daha çətin yaşayırlar. Yaşlılarda isə adrenalin yüksəkliyi, ürək-damar sistemində stress, travmatoloji ağrılar ola bilər. Bu səs effektləri uşaqlarda və yaşlılarda kəskin dərəcədə problem yarada bilər. Qəfil partlayış səslərinin güclü qorxu və panika yaratmağının səbəbi odur ki, yüksək səs anidən olur və qorxu mexanizması aktivləşir. Beynimizdə yerləşən amigdala var. O təhlükəni analiz etmədən birbaşa bədəni hazırlayır. Daha sonra adrenalin ifraz olunur. Nəticədə, nəfəs darlığı, qaçma istəyi, panika, təşviş yaranır. Bu proses daha çox travma keçirən şəxslərdə özünü göstərir. Bu vasitələr qısamüddətli əyləncə yaratsa da, bəzi insanlarda ciddi, ictimai narahatlıq yaradır. Bayram sevincini başqa cür keçirmək olar. Deyib-gülmək, mahnı qoşmaq, oynamaq, hədiyyələşmək. Bu əlavə vasitələrdənsə, daha çox maarifləndirmə və qanunlara əməl daha vacibdir”.

 

Banu Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər