00:00:00
Yazar
Səadət Əlizadə
13.04.2026 19:11 17 1 dəq oxuma
Siyasət

Starmer İsrailin Livana zərbələrini "səhv" adlandırıb

Starmer İsrailin Livana zərbələrini "səhv" adlandırıb

Böyük Britaniyanın Baş naziri Kir Starmer İsrailin Livana zərbələrini "səhv" adlandırıb və Təl-Əvivi bombardmanları dərhal dayandırmağa çağırıb.

 

"İnformator.az" "Sky News"a istinadən xəbər verir ki, bu barədə o, parlamentdə çıxış edərkən bildirib.

 

Hökumət başçısının sözlərinə görə, atəşkəs rejimi Livana da şamil edilməlidir. "Diplomatiya doğru yoldur və mən ABŞ ilə İran arasındakı danışıqları alqışlayıram", - o qeyd edib.

 

Starmer, həmçinin vurğulayıb ki, "Hizbullah" radikal qruplaşması tərk-silah olunmalıdır. "İsrailin zərbələri səhvdir. Onların dağıdıcı humanitar fəsadları var və Livanı böhrana aparır. Bombardmanlar dərhal dayandırılmalıdır", - Baş nazir bildirib.

#"səhv" #adlandırıb #baki #livana #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər