00:00:00
Yazar
Admin User
19.12.2025 20:00 108 3 dəq oxuma
Sosial

Stressli həyat tərzi gəncləri hara aparır?

Stressli həyat tərzi gəncləri hara aparır?

Müasir dövrdə gənclər təhsil, iş, ailə və sosial gözləntilər arasında balans yaratmaqda çətinlik çəkir. Davamlı stress isə təkcə fiziki deyil, eyni zamanda psixoloji sağlamlığa da ciddi təsir göstərir. Bu vəziyyət gənclərin həyat yolunu hansı istiqamətə aparır?

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Nabat Mirzəyeva bildirib ki, əslində biz gəncləri onların qeyri-sağlam olacaq şəkildə idarə etməli deyil:

 

"Biz onları sağlam şəkildə idarə etməyə çalışmalı, onları dinləməli və anlamağa çalışmalıyıq. Çünki sağlam şəkildə idarə olunmadığı zaman nəinki gənclər, uşaqlar belə böyüklər belə anlaşılmadıqlarını düşünə bilirlər. Sağlam şəkildə idarə olunmaq dediyimiz zaman qarşımızdakı insanı dinləyərək anlayaraq onların fikir və düşüncələrini önəmsəyərək və unutmamalıyıq ki, hər bir gənc fərqli ailədən və fərqli individual özünə xas xarakter və xasiyyətdən ibarətdir. Biz hazırdakı dövrün aktual problemlərindən biri pozitiv, "pozitiv yaşama" daha çox yönəlirlər. Yəni unudurlar ki, stress insan üçün normal bir faktordur. Həyəcan insan üçün normal bir faktordur. Biz hər gün, hər an, hər zaman pozitiv olmağa deyil, duyğu və düşüncələrmizi tanımağa və onları tanımalıyıq. Biz stressi normal şəkildə qəbul etməliyik. Stressli olmaq normaldır. Ancaq stress daimi şəkildə davam edərsə, hər gün olarsa hər saat və bu həftələrlə, günlərlə davam edərsə bu artıq normal deyil deməkdir. Bundan əlavə stressli olduğumuz zaman biz duyğunu adlandırmalıyıq. Yəni sağlam şəkildə başa çıxmağın yolu: mən pisəm deyil, "Mən həqiqətən necəyəm?". Özümü həyəcanlı hiss edirəm. Özümü qorxulardan ibarət hiss edirəm və yaxud çox gərginəm. O duyğu sizə necə bir hissi yaşadır? Birinci onu tanımalıyıq. Stressdən başa çıxmağın ilk addımlarından biri stressin nə üçün daxilində hiss edirsən və bunu necə adlandırırsan. Pis olmağının səbəbi əslində nədir və hazırdakı gənclərin gələcək qayğıları çoxdur. Ya bacara bilməsəm, ya imtahandan keçə bilməsəm, ya bunu edə bilməsəm, ya alınmasa deyə düşünə-düşünə sosial şəbəkələrdə gördükləri uğur faktorları ki, bu hamısı uğurlu olmaya bilir və bizim sosial şəbəkədə gördüyümüz hər şey olduğu kimi deyil, olmaya da bilir və gördükləri ilə müqayisə etdikləri üçün özlərini başqaları ilə etdiyi müqayisə nəticəsində artıq istər- istəməz həvəsdən, motivasiyadan düşürlər, gələcək qayğıları artmağa başlayır və gələcək qayğılarında özlərini stressli və gərgin hiss etdikləri üçün. Bu getdikcə özünə inamı və güvəni azaltmağa başlayır. Bundan başqa necə sağlam şəkildə başa çıxa bilərik dediyimiz zaman isə duyğularımızı adlandırdıqdan sonra gələcək planları ilə bağlı gün ərzində böyük böyük addımlar deyil, kiçik addımlarla başlamaq lazımdır. Özümüz də ünsiyyəti kəsməməliyik. Özümüzün bacardığımız işləri və uğurları göz önümüzə gətirməliyik və yaşanan həmin o stresli anımızın tək bizim deyil tək o gəncin deyil, hər bir kəsin başına gələ biləcəyini və hər kəs bu stressli etaplardan keçə biləcəyini keçdiyini və bundan sonra keçəcəyini unutmamalıyıq. Stress bizim gələcək həyat xoşbəxtçiliyimizin və qazanacaq uğurlarımızın qarşısına keçməməlidir. Bunu unutmamalıyıq. Özümüzü xatırlatmalıyıq, bizim necə dəyərli olduğumuzu özümüz özümüzə xatırlatmalıyıq, yürüşlər etməliyik, sevdiyimiz filmləri açıb izləyib özümüzə zaman ayırıb, sevdiklərimizə zaman ayırıb və hədəflərimizə doğru yenə də sürüb böyük-böyük deyil, kiçik-kiçik addımlarla başlamalıyıq. Biz stresslə düşmən deyil, streslə dost olmağı öyrənməli, dost dediyimiz şey biz stressi qəbul etməliyik. Yəni bəli, bu mənim həyatımda var olub. Mən bu stresi idarə etməli öyrənməliyəm. Necə mübarizə apara biləcəyimi və özümü ondan nisbətən aram-aram, yavaş və sağlam şəkildə uzaqlaşdıra biləcəyimi öyrənməliyəm. Bir gənc olaraq bunu özümüzə deməyi bacarmalıyıq. Çünki unutmamalıyıq ki, həyat idela deyil. Həyat mütləq dərəcədə hər bir insan hər bir yerdən sınayır, yetər ki, biz həmin etapda duyğu və düşüncələrimizi balansda saxlamağı öyrənməliyik. Əgər ki, başa çıxa bilməsək, professional şəxslərə müraciət etməliyik".

 

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər