Səttar Mehbalıyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
S.S. Mehbalıyevin \"Azərbaycan Respublikası prezidentinin fəxri diplomu\" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
İnformator-un məlumatına görə, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında həmkarlar hərəkatının inkişafında səmərəli fəaliyyətinə görə Səttar Suliddin oğlu Mehbalıyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 oktyabr 2015-ci il.
