00:00:00
Yazar
Admin User
12.11.2025 18:26 148 1 dəq oxuma
Sosial

Su qıtlığı təhlükəsi

Su qıtlığı təhlükəsi

Azərbaycanın bəzi bölgələrində su qıtlığı problemi getdikcə aktuallaşır. Son illərdə yağıntıların azalması, çay və su anbarlarının səviyyəsinin aşağı düşməsi əhalinin gündəlik həyatına təsir edir

 

Mövzu ilə bağlı olaraq "İnformator.az" saytına açıqlamasında ekoloq Rövşən Abbasov bildirib ki, su qıtlığını azaltmağın bir çox yolları var:

 

"Su çatışmazlığı Azərbaycanın bir çox bölgələrində mövcuddur. Bura əsasən dağətəyi və Aran bölgələri aiddir. Aran bölgələrində yeganə su mənbəyi Kür və Araz çaylarıdır. Beləliklə, həm Aran bölgələrində, həm də dağətəyi bölgələrdə su qıtlığı müşahidə olunur. Bu da ölkədə ərzaq təhlükəsizliyinə ciddi ziyan vurur. Bu problem gələcəkdə böyüyə də bilər. Amma bunu həll etməyin yolları var. İlk növbədə, kiçik fermerləri su ilə təmin etmək lazımdır. Əlbəttə ki, bu problemlərlə dövlətimiz məşğul olur. Azərbaycanda milli adaptasiya planı var. Bu proqrama görə, ölkədə sudan az istifadəyə keçid olunur. Buna paralel olaraq, otlaqların yenidən bərpası planlaşdırılır. Taxılın çox genişləndirilməsini isə məsləhət görmürəm. Biz taxılı Qazaxıstan və Rusiya kimi ölkələrdən ala bilərik və bu, daha ucuz başa gələ bilər. Onun yerinə ölkəmizdə mövcud olan, amma başqa ölkələrdə mövcud olmayan kənd təsərrüfatı məhsullarından faydalana bilərik. Bütün bunların virtual su dəyəri hesablanmalıdır, sonradan isə qiymətləndirilməlidir. Bu qiymətlər su qıtlığının aradan qaldırılmasına da kömək edə bilər".

 

Ayisə Şərifova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər