Səudiyyə Ərəbistanının ilk qadın astronavtı yola çıxdı
SpaceX raketi Beynəlxalq Kosmik Stansiyaya ikinci xüsusi səfərini etmək üçün bazar günü buraxılıb.
İnformator.az Ensonhaber-ə istinadən xəbər verir ki, komandaya Səudiyyə Ərəbistanından olan iki astronavt da daxil olub. Səudiyyə Ərəbistanından olan Rayyanah Barnavi və Əli əl-Qarni bazar günü Florida ştatının Kanaveral burnunda yerləşən Kennedi Kosmik Mərkəzindən SpaceX Falcon 9 raketi ilə havaya qalxıblar.
Rayyanah Barnavi Səudiyyə Ərəbistanının ilk qadın astronavtlarından biridir. BBC-nin məlumatına görə, iki səudiyyəli astronavt bir sıra eksperimentlər həyata keçirmək üçün ilk dəfə Beynəlxalq Kosmik Stansiyada xüsusi missiyaya qoşulub.
Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi olan SPA hər iki astranavtın 14 təcrübə aparacağını qeyd edib.
Fatima
