Sülh sazişi və nüvə proqramı 60 gün ərzində müzakirə olunacaq- İran XİN
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, sülh sazişi və nüvə proqramı ilə bağlı məsələlər üzrə Anlaşma Memorandumunun müzakirələri yaxın 60 gün ərzində aparılacaq. Tasnim agentliyinin məlumatına görə, bu müddət ərzində sənədin bəzi detalları və digər mövzular ətrafında danışıqlar nəzərdə tutulur.
Bəqayi qeyd edib ki, nüvə proqramı müzakirə mövzularından biri olsa da, hazırkı mərhələdə onun detalları gündəmdə deyil. Onun sözlərinə görə, 14 maddədən ibarət Anlaşma Memorandumu əsasən müharibənin dayandırılmasına yönəlib.
Tass
Mələk Hüseynova