00:00:00
Yazar
Admin User
06.09.2023 19:59 497 2 dəq oxuma
Maraqlı

Sultan Süleymanı daha yaxından necə tanıdıq?

Sultan Süleymanı daha yaxından necə tanıdıq?

"Əlamətdar günlər" rubrikasının bugünkü mövzusu illər öncə bu gün – 6 sentyabrda vəfat edən Türk hökmdarı, Osmanlı imperiyasının 10-cu sultanı Qanuni Sultan Süleyman haqqındadır. Bu barədə İnformator.az saytı araşdırma aparıb.

 

Onun hakimiyyəti dövründə Osmanlı imperiyası inkişafının ən yüksək mərhələsinə çatmışdı. Avropada sultan Süleymanı çox vaxt Möhtəşəm Süleyman, müsəlman aləmində isə Qanuni Sultan Süleyman adı ilə tanıyırlar. O, 25 yaşında ikən sultan olub, şair, rəssam və memarlara himayədarlıq edib, özü də şeirlər yazıb.

 

Bəs onu nə zaman daha yaxından tanıdıq?

 

Türkiyənin Star TV telekanalında yayımlanan "Möhtəşəm əsr" teleserialı ilə onunla daha yaxından tanış olduq. Türkiyə kinematoqrafının son illərdəki ən məşhur tarixi teleserialı hesab olunan bu serial Osmanlı sultanı Sultan Süleyman Qanuninin həyatından bəhs edir və Türkiyənin orta əsr tarixini, mədəniyyətini, o dövrün zadəganlarının həyat tərzini və adət-ənənələrini əks etdirir. Əsas obrazı sultan Süleyman olan bu serial fərqli dillərdə, bir çox ölkələrdə yayımlanıb.

 

Seriala əsasən xalq onu qısaca belə tanıdı:

 

İyirmi altı yaşında bu böyük iqtidarı idarə etməyə başladığında, Sultan Süleyman önünə elə bir hədəf qoymuşdu ki, Böyük İsgəndərdən daha güclü və məşhur bir suverenlik quracaq və Osmanlını məğlubedilməz edəcəkdi.

 

1520-ci ildə bir ov gəzintisində aldığı, atası Yavuz Sultan Səlimin ölüm xəbərilə taxta çıxan gənc Süleyman xəyallarının kənarında bir iqtidarı idarə edəcəyinə bilmədən, Manisa şəhərindəki sarayında həyat yoldaşı Mahidövran və oğlu kiçik Şahzadə Mustafanı buraxıb, yanında yaxın dostu, yoldaşı Parqalı İbrahim ilə yola çıxaraq Topqapı sarayına gəldilər.

 

Beləliklə, Qanuni Sultan Süleymanın qırx altı il davam edəcək olan iqtidarı başlayıb. Süleyman, ilk olaraq ona şahzadələr doğan cariyə Alexandra ilə tanış olur. Tarixə adını Xürrəm Sultan olaraq yazdıran əslən Ukraynalı kölə idi. Süleyman dünyanı fəth etmək üçün şərqdə Səfəvilər imperiyası, qərbdə Roma imperiyasıyla döyüşərkən Xürrəm Sultan da Osmanlı sülaləsində qalıcı olmaq üçün önünə çıxan maneələrlə mübarizə edirdi.

 

Süleyman Xürrəmə olan eşqinin əvəzini həyatında ən güvəndiyi dostu, Sədrəzəmi İbrahimi boğduraraq və oğullarının ölüm əmrlərini də verərək ödəyəcəkdi. Çünki Xürrəm Sultan üçün iqtidar oyunu qanlı və mərhəmətsiz bir oyun idi. Bu oyundan zəfərlə çıxmaq üçün hər yol savab idi.

 

Məryəm Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər