00:00:00
Yazar
Admin User
28.11.2022 17:59 288 2 dəq oxuma
Siyasət

Sumqayıt şəhər 12 nömrəli məktəbdə qrant layihənin icrası davam edir

Sumqayıt şəhər 12 nömrəli məktəbdə qrant layihənin icrası davam edir

Dünyada texnoloji inkişafın sürəti fonunda təhsilalanların hadisələr və proseslər arasındakı əlaqəni dərk etməsinə, real həyat problemlərini müəyyən etmək üçün tənqidi düşünməsinə, bu problemləri səmərəli və yaradıcı yolla həll etməsinə, elmi bilikləri bacarıqlara və səriştəyə çevirməsinə, qısacası, 21-ci əsr bacarıqlarına yiyələnməsinə tələbat artmışdır. Məhz bu səbəbdən şagirdlərin dəqiq elmlərə olan marağını artırmaq, başqa sözlə, onlara riyaziyyat, fizika, kimya, biologiya, texnologiya fənləri üzrə praktik bacarıq və vərdişlər aşılamaq lazımdır. Buna nail olmaq üçün isə adı çəkilən fənlərin inteqrativ tədrisini dəstəkləyən, şagirdləri real həyat problemlərinin həllinə yönəldən, analitik və yaradıcı düşüncəsini inkişaf etdirən təhsil modelinə keçid zəruridir.

STEM – texniki və təbiət fənlərinin tədrisində orta məktəbin ənənəvi nəzəri məlumatların mənimsədilməsi üsulundan fərqli olaraq, elmi-texniki biliklərin gündəlik həyatda necə tətbiq olunmasını layihə, problem, dizayn və s. əsaslı öyrənmə metodikaları vasitəsi ilə təhsilalanlara aşılayır, onlarda həmçinin mühəndislik, qurmaq, yaratmaq, dizayn etmək, kodlaşdırmaq və s. kimi bacarıqlar da formalaşdırır.

Hazırda texnoloji möcüzələr dövrü yaşadığımızın şahidi olur və bu möcüzəvi dəyişkənliyi heyranlıqda, təəccüblə izləyirik. İstehsal və xidmətlər sürətli dəyişikliyə məruz qalır. Buna görə məktəblərdə şagirdlərdə qurmaq, yaratmaq, informasiya texnologiyalarından istifadə edərək həll yolları tapmaq, istehsal etmək bacarığı formalaşdırmaq vacibdir. Müəllimlər və təhsil müəssisələrinin rəhbərləri üçün ciddi bir vəzifə və çətinlik şagirdlərin lazımi bacarıqlara yiyələnmələri, təhsil ehtiyaclarını və valideynlərin gözlədiklərini təmin etmək üçün müasir tələblərə uyğun dərslərin təşkili və tədrisi prosesidir. Bu məsələnin həlli üçün daha çox müəllim STEM yanaşmasına etibar edir.

Bu layihə də məhz müəllimlərə dərslərini STEM əsaslı qurmaq istiqamətində bilik və bacarıqlara yiyələnmələri üçün beynəlxalq dərs nümunələri əsasında hazırlanan video-çarxların hazırlanmasını özündə əks etdirir.

Layihə çərçivəsində bir çox işlər artıq yerinə yetirilmiş, beynəlxalq STEM dərslərinin dərs planlarını Azərbaycan dilinə tərcümə olunmuş, dərslərin praktik icrası üçün mütəlif texnoloji avadanlıqlardan istifadə edərək sınaqlar uğurla keçirilmişdir.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər